Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

PAŞİNYANI “SÜLH GÖYƏRÇİNİNƏ” ÇEVİRƏN SƏBƏB –Nəyi seçməli: Qarabağı, yoxsa batan Ermənistanı? (TƏHLİL)

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və separatçı rejimlə birgə Təhlükəsizlik Şurasının iclasını keçirməsi Azərbaycanda ciddi rezonans doğurub. 

Yenixeber.org: Bu səfəri əslində Qarabağla bağlı aparılan danışıqlara pressinq kimi qiymətləndirmək olar. Paşinyanın özünü dünyaya demokratik seçki ilə seçilmiş bir lider olaraq təqdim edərək Qarabağ münaqişəsinə yeni baxış tələb etməsi siyasi hoqqabazlıqdan başqa bir şey deyil.

Bu, deja-vyudur.

Erməni siyasi elitası bu variantı bir dəfə artıq sınaqdan çıxarıb. 1990-cı ildə SSRİ-nin tərkbində olarkən Ermənistan Ali Sovetinə keçirilən seçkilərdə erməni müxalifətinin lideri Levon Ter-Petrosyan qalib gələrək spiker postunu tutdu. Bundan sonra Ermənistan Qarabağ münaqişəsinin həllinin SSRİ-də “islahatlar və demokratik prosesin bir həlqəsi” olması barədə hay-küy qaldıraraq prezident Mixail Qorbaçovdan və Rusiya prezidenti Boris Yeltsindən məsələni “demokratik qaydada” həllini tələb etməyə başladı. Azərbaycanda hakimiyyətdə olan kommunist elitasının xalq arasında itirdiyi nufuz bu prosesdə Yerevana qarşı sərt mövqe sərgiləməyə imkan vermədi. Nəticədə Yerevan Dağlıq Qarabağ münaqişəsini SSRİ-nin qanunlarına zidd olaraq ərazi iddiası kimi yox, “xalqların öz müqəddəratını təyin etməsi” kimi sırımağa çalışdı. 1991-ci ildə SSRİ-nin süqutu ilə Qarabağ münaqişəsi beynəlxalq müstəviyə çıxdı və bu tip bəyanatlar artıq beynəlxalq təşkilatlar qarşısında qaldırılmağa başlandı.

Ermənistanın bu günkü rəhbərliyi hazırda həmən siyasəti Qərb üçün nümayiş etdirir. “Avtoritar Azərbaycanın zülmü altında inləyən azad və demokrat erməni xalqı” haqqında bayatı uzaq hədəflərə tuşlanan bir mesajdır.

Paşinynın Xankəndidə elədiyi çıxışında Minsk Qrupunun illərlə işləyərək hazırladığı Madrid prinsiplərini şübhə altına salması, “biz bəyəm bu prinsiplərə razılıq vermişik?” tipli hiyləgər sözlər siyasi ibarəbazlığın tipik nümunəsidir.

Baş nazirin 3 həmsədr dövlətin – ABŞ, Rusiya və Fransa prezidentlərinin 2011-ci ildə imzaladığı Dovil bəyanatındakı “xalqları sülhə hazırlamaq” təklifini özünəməxsus şəkildə təqdim etməsi, “Azərbaycan prezidenti və Azərbaycan xalqı ilə danışıqlara hazıram” deməsi  indiyədək aparılan danışıqları dalana dirəməkdir. Paşinyan Qarabağın erməni icmasının danışıqlar stolunda oturmasını istəyir. Əgər Bakı Qarabağ erməniləri ilə bir stolda oturacaqsa o zaman Ermənistana nə ehtiyac olacaq? Suallar çoxdur: “Dağlıq Qarabağ erməniləri” nə deməkdir? Onlar nə təkilf edir? Hansı statusda bu danışıqlarda iştirak edəcəklər?

“Azərbaycan və azərbaycanlı icması”, “Ermənistan və erməni icması” formatı kifayət qədər mübahisəlidir. Əgər Azərbaycan bu formata razı olarsa o zaman bu avtomatik olaraq Dağlıq Qarabağın de- yure Bakıya məxsus olmamasının etirafı olacaq. Bu isə bu günə qədər aparlan danışıqlara, BMT-nin qəbul etdiyi qətnamələrə, digər mötəbər beynəlxaq təşkilatların Azərbaycanın ərazi bütövlüynü tanıyan  sənədlərinə tam ziddir. Odur ki, Paşinyan sadəcə Qarabağ məsələsində bu cür blef etməklə özünün daxili əleyhdarlarını susdurmaq, ona qarşı çıxacaq qüvvələri lokallaşdırmağa can atır. “Qarabağ” klanının ən barışmaz rəhbəri sayılan sabiq prezident Koçaryanın bu yaxınlarda həbsxana barmaqlıqlarından “Qarabağda güzəştə getməyə Paşinyana imkan verməyəcəyəm” deyə verdiyi bəyanat bu qüvvələrin ciddi təhlükə olduğunu göstərir.

Paşinyanın “güzəşt şərtlərini qoy birinci Azərbaycan desin” kimi bəyanatı hiyləgər gediş olub beynəlxaq təşkilatları çaşdırmağa yönəlib. Güzəştlərin bəlli olacağı Madrid prinsipləri hələ razılaşdırılmayıbsa Bakı necə birinci olaraq bu barədə danışa bilər? Üstəlik Paşinyan bu prinsipləri şübhə altına qoyan bəyanat verirsə o zaman bu “bulanıq suda balıq tutmqdan başqa bir şey deyil. Rəsmi Bakının Dağlıq Qarabağla bağlı mövqeyi ortadadır. Prezident İlham Əliyev bunu birmənalı olaraq elan edib: İkinci erməni dövləti olmayacaq, işğal olunmuş rayonlar qaytarılsın, daha sonra Dağlıq Qarabağın statusu barədə müzakirələr açıla bilər. Azərbaycan Dağlıq Qarabağa ən yüksək statuslu muxtariyyət verməyə razıdır!

Paşinyanın Xankəndində keçirdiyi iclasda “sülh göyərçini” qiyafəsini almasının səbəbləri isə ciddidir.  

Baş nazir Ermənistanı düşdüyü ağır sosial böhran girdabından çıxarmaq üçün variantlar düşünür. Burada o, Qərb investisiyalarına və diasporanın köməyinə ümid edir. Moskva ilə münasibətlərdə müşahidə olunan gərginlik Paşinyanın Qərbə reveransları ilə bağlıdır. Erməni elitası çox yaxşı bilir ki, belə davam etsə Ermənistanı yaxın 10 ildə dövlətin əsaslarını sarsıdacaq iqtisadi böhran yaxalayacaq. Rusiyanın əlində olan Ermənistan iqtisadiyyatı investisiya üzünə həsrət qalıb, əhali ölkəni tərk edir. Qərb biznesmenləri açıq-aydın deyirlər ki, Moskvanın təsir dairəsində olan iqtisadi müstəviyə pul yatırmaq ciddi riskdir. Üstəlik erməni diasporasının nufuz edə biləcəyi Qərb investorları istəsələr də belə sanksiya altında olan Rusiyanın hökm sürdüyü iqtisadi məkanda rol ala bilməzlər. Moskva isə “daşları yerindən tərpətmək”, Yerevana dirçəliş vəd edəcək sərmayə qoymaq həvəsində deyil.

Üstəlik dəyişən dünya.

Paşinyan fəriqndədir ki, iqtisadi münasibətlərin önə keçdiyi hazırkı dövranda onun bütün qonşuları ətraf ölkələrə sərfəli müqavilələr bağlayaraq ciddi layihələr həyata keçirir. Ermənistan isə bütün bunlardan ayrı düşüb.  Gürcüstan, Türkiyə, İran, Azərbaycan transenerji layihələri ilə iqtisadi baxımdan sərfəli qazanclar əldə edir, Yerevan isə dövlətin xarici borcunu artırmaq barədə düşünür, Moskvanın mərhəmətindən asılı qalıb.

“Lənətlənmiş dairədən necə çıxmalı?” sualı yeni nəsil erməni siyasətçiləri üçün həllini gözləyən suala çevrilir. Bunun üçünsə Qarabağla bağlı sülh sazişi hava –su kimi vacib məsələyə dönüb.

Amma bunu necə etməli?

Paşinyanın  Minsk Qrupunun bu günə qədərki razılaşmalarını rədd etmək, danışıqları pozmaq və “yeni xanə”dən başlamaq kimi avanturist cəhdləri çıxış yolu deyil.  Erməni cəmiyyəti üçün Qarabağ “müqəddəs yaddaş”dırsa o zaman onu yerindən tərpədə biləcək amillər hansıdır? Erməni siyasətçiləri bu suala cavabı yaxşı biləsələr də bunu bəyan etmələri onların “qorxulu röyası”dır.

Paşinyan Azərbaycanla sülh sazişi istəsə də onun imzalanmasına hələki hazır deyil. Bunun üçün ilk olaraq erməni xalqını inandırmalıdır. Bakının isə bu baxımdan Paşinyanla müzakirə edəcəyi yeni heç nə yoxdur.(Strateq.az)

Xaqani SƏFƏROĞLU

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam