Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İranlı alimdən Azərbaycan mətbuatına cahillik suçlaması:HƏSƏN RUHANİNİN ÇIXIŞINDAN SONRA YATMAYAN TOZANAQ

 

 

 

“Diplomasi İrani” Bəhram Əmirəhmədianın “Azərbaycanın İrana cahil həmləsi” adlı məqaləsini dərc edib.

Yenixeber.org: Mənim təcrübəmdə bu, Tehran Universiteti dünya araşdırmaları fakültəsi, siyasi coğrafiya kafedrasının dosenti Bəhram Əmirhmədianla ikinci “əyani tanışlıqdır”.

Müəllifə aid ilk yazını rəsmi İRNA agentliyinin təsisçisi olduğu “İran” qəzetində oxumuş və tərcümə etmişəm.

“Azərbaycanın İrana cahil həmləsi” adlı məqaləni dərc etmiş “Diplomasi İrani” (“İranian Diplomacy”) də, anladığım qədər, İran Xarici İşlər Nazirliyinə bağlı nəşrdir.

Məqalə fevralın 11-də (22 Bəhmən) keçirilən təntənəli mərasimdə İran prezidenti Həsən Ruhaninin çıxışına bir sıra Azərbaycan veb-saytlarının təpkisinə həsr olunub.

Müəllif yazır: “Bir tərəfdən, Həsən Ruhani Bakı mətbuatının diqqətini özünə çəkib, digər tərəfdən, Qafqazın, İran və Rusiya arasındakı müharibələrin tarixinə, o cümlədən rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrinə dair saxtakarlıq etmə üçün fürsət yaranıb”.

İran prezidentinin 22 Bəhmən çıxışına münasibət bildirən saytlardan biri “Strateq.az”, həmçinin yazı müəllifi kimi şəxsən mənəm. Odur ki, əməkdaşı olduğum saytın və özümün “hədəfə alındığını” güman etməkdə yanılmıram.

Nə gizlədim, həqiqətən, Azərbaycan mediasında və sosial şəbəkələrdə Həsən Ruhaninin çıxışı ilə möhtəkirlik halları həddən çox oldu. İran diplomatiyasının mətbəxini və ən vacibi fars dilini orta səviyyədə bilməyənlər belə, həmin çıxışı eninə-uzununa təhrif edib, ürəklərini boşaltdılar.

Amma özünü tərifləməktək çıxmasın, Bəhram Əmirəhmədianın yazdığı kimi, “qələmə və nəşrinə hörmət naminə ” Həsən Ruhaninin çıxışını “yalan”, “nadan mollaların təxəyyül məhsulu”, “cahillik” və s. söz və ifadələrlə yamaq vurub kefim istəyəntək yozmamışam.

“Ərazi iddiası” ifadəsinə gəlincə, bəli, o çıxışa diqqətlə qulaq asan hər bir kəs, istənilən qonşu ölkənin qələm sahibi və mediası Həsən Ruhaninin sözlərini məhz bu cür təfsir edib və edəcəkdi də.

Mətləbdən uzaqlaşmayım, “poetik girişdən sonra” “Azərbaycanın İrana cahil həmləsi” adlı məqaləsinin yerdə qalan hissəsində nə qeyd olunur?

“Bakının təhqirlərinə cavab olaraq nə demək olar” (آن چه در پاسخ به توهین های باکو می توان گفت) – müxtəlif dövrlərdə nəşr edilmiş kitablar, xəritələr və atlaslarla “elmi məzmundan uzaq media”ya verilən tarix dərsidir.

Yenə bizi zehni inkişafdan geri qalmış, fiziki qüsurlu uşağa bənzətmə!

Müəllif “İran böyük regional gücdür və… kiçik dövlətlərdən qorxmur”, – deyə xəbərdarlıq etməkdən belə çəkinmir.

Onsuz da hər kəs öz rəyində qalacağından buna geniş yer ayırmaq niyyətində deyiləm, həm də özümə bir daha “tarixi ərazilər” mövzusunda yazmamaq sözü vermişəm.

Sözün düzü, bu sayaq iddialara əsla qıcıq olmuram, əksinə, dodağım qaçır. Çünki bu gün “imperiya keçmişi” anlayışına istinad edilsə, bütün dünya xəritəsi qayçılanmalı, sərhəd xətləri yenidən müəyyən edilməlidir.

O zaman elə siyasi tozanaq qalxacaq ki, Qiyamət Günü bütün bəşəriyyətə toyagetməli görünər.

Lap deyək ki, Azərbaycan Respublikasının ərazisi “tarixi İran torpağıdır”. İndi nə etməliyik, ağ bayraq qaldıraraq müstəqil bir dövləti qonşuya peşkəş verək?!

İşdir-şayəd, birdən eyni məntiqlə Makedoniyalı İsgəndərin varisləri və ya Xilafətin, yaxud monqol istilaçılarının xələfləri müasir İrana ərazi iddiası irəli sürərsə…

Qısası və son kəlmə olaraq, bu mənasız mübahisələrə bütün səviyyələrdə (ən azı) hər iki tərəfdə qalın bir nöqtə qoymaq vaxtıdır!(strateq.az)

Əziz Rzazadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam