Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azay Quliyevdən Paşinyanın bəyanatlarına sərt münasibət

    

Azay Quliyevdən Paşinyanın bəyanatlarına sərt münasibət
Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tvitterdə Nikol Paşinyanın son bəyanatlarına sərt münasibət bildirib.
Yenixeber.org: Qeyd edib ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın xüsusi təyinatlı və yüksək döyüş qabiliyyətli hərbi birləşməsində xidmətə başlaması ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb. 

A.Quliyev vurğulayıb ki, Ali Baş Komandanın oğlunu hərbi xidmətə göndərməsi və sıravi əsgər atası kimi andiçmə mərasimində iştirakı Azərbaycan ordusunun döyüş ruhunu daha da artırıb, onun hər bir Azərbaycan əsgərinə övladı kimi yanaşdığını və dəyər verdiyini bir daha sübut edib. Hamımız yaxşı bilirik ki, Ali Baş Komandan döyüş əmri verəcəyi təqdirdə Aprel döyüşlərində olduğu kimi məhz bu hərbi birləşmənin əsgərləri öndə gedəcək. 

"Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı dövlət rəsmisinə yaraşmayan, qeyri-ciddi və küçə ritorikasından kənara çıxmayan son bəyanatı onun təxribatçı mahiyyətindən, diletantlığından və Azərbaycan əsgərinin xofundan qaynaqlanır. Oğlu haqqında yaydığı “hərbi xidmət” haqqında ucuz təbliğat xarakterli məlumatlara isə öz ölkəsinin mətbuatı belə rişxənd və kinayə ilə yanaşır. Paşinyan bu cür davranışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını, reallıq hissini itirdiyini, belə mürəkkəb məsələlərdə nə qədər məsuliyyətsiz və səbatsız olduğunu nümayiş etdirmiş oldu. Paşinyan anlamalıdır ki, bu addımları ilə onsuz da dalana dirənmiş sülh danışıqlarına olan son ümidləri də öldürür və bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir".

A.Quliyev qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Paşinyanın danışıqlar prosesini açıq şəkildə pozan bəyanatlarına təcili münasibət bildirərək onu bu cür addımlardan çəkindirməli və məsuliyyətini xatırlatmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam