Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

DTX-nin "N" saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

  

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib


Yenixeber.org:  Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.
Mərasim açıq elan olunduqdan sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə and içiblər.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.
M. Quliyev müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda qazanılmış nailiyyətlərdən danışıb. O, qeyd edib ki, xalqının sonsuz məhəbbətinə, mütləq dəstəyinə və hədsiz etimadına arxalanan Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, düşünülmüş və qətiyyətli siyasət sayəsində, 100 illik yibileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası bundan sonra da öz dövlət maraqlarını və təhlükəsizliyini hərtərəfli və etibarlı təmin edəcək. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi zabit və əsgərləri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmağa çağırıb.
M. Quliyev gənc əsgərlərin dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış imkan və şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirib. Xidmət rəisi diqqətə çatdırıb ki, əsgərlər komandirlərinin bütün əmr və göstərişlərini dərhal və vicdanla yerinə yetirməli, Vətənin keşiyində mətin dayanmalı, dövlətə sədaqətlə xidmət etməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, hərbi peşənin sirlərini dərindən öyrənərək fiziki və döyüş hazırlıqlarını daim təkmilləşdirməlidir.
Gənc əsgərlərin valideynləri yaradılmış yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarına hər zaman Vətənin müdafiəsində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Sonra DTX-nin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçiblər.
Ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi əsgər valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə bir daha təbrik edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam