Bakı-Moskva münasibətlərində yeni səhifə açılır -ŞƏRH
Sentyabrın 1-də Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olub. Görüşdə iki ölkə arasında siyasi-iqtisadi əlaqələr, eləcə də Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılıb, mühüm əhəmiyyətli sənədlər imzalanıb.
Yenixeber.org: Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Soçidə Azərbaycan-Rusiya münasibətlərinə cavab verən görüş baş tutub. Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə münasibətlərində həmişə yüksək səviyyədə dialoq olub və bu gün də uğurlu şəkildə davam edir.
"Təkcə onu söyləmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri son üç ayda üçüncü dəfə görüşüb. Ancaq, bu görüş xüsusi idi. Bir çox məsələlərə aydınlıq gətirdi. Hesab edirəm ki, görüş Azərbaycan-Rusiya münasibətlərini daha da möhkəmləndirməyə xidmət edəcək”.
R.Musabəyov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşdə yenilik gözə çarpmayıb: “Təsdiqləndi ki, məsələlər sülh yolu ilə həlini tapmalıdır. Rusiya prezidenti bildirdi ki, ölkəsi münaqişənin həlli ilə bağlı öz səylərini davam etdirəcək. Burada sözlər yox, konkret fəaliyyət vacibdir. Rusiya prezidenti erməni baş nazir Nikol Paşinyanı da Soçiyə çağırıb. Bu görüşün nəticəsi kimi nə isə elan olunsa, konkret fikir bildirmək olar ki, söhbət hansı səylərdən gedir. Paşinyan danışıqlardan yayınır. O, mahiyyət üzrə danışıqlara başlamaq, məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Belə olan halda gözləməliyik ki, Paşinyan nə vaxtsa seçki keçirib, hakimiyyətini möhkəmləndirib ağıllanacaq. Ya da gücdən istifadə etməliyik. Hesab edirəm ki, bütün bunlar Rusiya prezidentinə çatıdırılıb ki, ya bunu ağıllandır, ya da çəkil kənara biz özümüz ağıla gətirək”.
Politoloq Fikrət Sadıqovun fikrincə, Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir: “Azərbaycan-Rusiya münasibətləri bu günə qədər də strateji partnyorluq xarakteri daşıyırdı. Amma Azərbaycan prezidentiİlham Əliyevin Rusiyaya getməsi, orada bir sıra sənədlərə imza atması ikili münasibətlərdə yeni bir səhifə açır. Çünki imzalanan sənədlərlə iki ölkə arasında iqtisadi, hərbi-texniki, humanitar, ticarət dövriyyəsi güclənəcək. Bütün bunlar strateji partnyorluğun səviyyəsini daha da artıracaq. Bizim bir sıra istiqamətlərdə münasibətlərimiz qarşılıqlı faydalı, qonşuluq səviyyəsində inkişaf edib, bundan sonra da inanıram ki, əlaqələr inkişaf edəcək”.
F.Sadıqov qeyd edib ki, hər iki dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinə önəm verir: “Dövlət başçılarının bəyanatlarından hiss olundu ki, prezidentlər bu məsələnin həllinə böyük önəm verir. Azərbaycan prezidenti açıq şəkildə dedi ki, bu məsələnin həlli müəyyən dərəcədə Rusiyadan asılıdır. Rusiya münaqişənin həllinə həm qonşu, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi təsiredici dövlətdir. Məsələnin mürəkkəb vəziyyətdən çıxması, Rusiyanın addımlarından, səylərindən birbaşa asılıdır. Soçidə dövlət başçısı mühüm fikir səsləndirdi ki, Dağlıq Qarabağmünaqişəsi həll olunmalıdır və dünya birliyi tərəfindən Azərbaycan əraziləri kimi tanınan rayonlar erməni tapdağından azad olunmalıdır. Bunu Azərbaycan prezidenti Soçidə açıq şəkildə bəyan etdi. Bu, çox mühüm bəyanatdır. Dərhal bütün məsələlərin həll olunacağını demək reallıqdan uzaq olar. Amma bu məsələdə Rusiyanın yumuşaqlığı, Azərbaycanın maraqlarına yönəlik müəyyən addımların atılması ümid doğurur. Ümumən, su səfərin nəticələrinin uğurlu olacağına şübhə etmirəm”. (azvision)
Elvin Abdulqədirov