Yenixeber.org: Politoloq Qabil Hüseynli açıqlamasında gözlənilən görüşü şərh edib.

Politoloq öncə qeyd edib ki, əgər Rusiya Azərbaycandan normal strateji müttəfiqlik gözləyirsə, ərazi bütövlüyümüzə hörmətlə yanaşmalıdır:

“Məncə, bu, həlledici görüşlərdən biri olacaq. Çünki Qarabağ problemi illərdir öz həllini gözləyir. Azərbaycanınartıq səbri tükənib. Bu məsələdə də Rusiyanın oynadığı rol hamıya məlumdur. Az qala hər şeyin Rusiyadan asılı olduğunu görməyən yoxdur. Azərbaycanın da ümidləri bundan ibarətdir ki, ya Rusiya bu problemin həlli ilə bağlı Ermənistana müəyyən təzyiqlər göstərəcək, ya da ərazi bütövlüyünü təmin etmək üçün əlində olan imkanlardan istifadə etməkdə Azərbaycana mane olmayacaq. Bax, bu məsələlər ətrafında müzakirələr aparılacaq. Rusiyanın da fikri Azərbaycanı Avrasiya təşkilatına qəbul etdirməkdir. Əgər Rusiya Azərbaycanla normal strateji müttəfiqlik gözləyirsə, bu problemin həllində obyektiv mövqe tutmalı, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Əgər bu danışıqlar prosesində məsələlər öz həllini taparsa, bölgədə vəziyyəti sabitləşdirmək olar. Əks təqdirdə, Cənubi Qafqazda çox ciddi qarşıdurmaların olacağını proqnozlaşdırmaq mümkündür.”