Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiya və Türkiyə Qafqazda toqquşur:Qarabağ... - Karasik

 

Türkiyə özünü bir sünni dövləti kimi təqdim edir və xarici siyasətini bu şəkildə formalaşdırır.

Yenixeber.org: Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin doktoru, politoloq Teodor Karasik Ərdoğanın ABŞ-dan uzaqlaşması fonunda İran, Türkiyə və Rusiyanın Cənubi Qafqaz siyasətində baş verə biləcək dəyişikliklər haqda  danışarkən deyib.

O bildirib ki, Krımda Moskvanın silahlanması və Qara dənizdəki güc nümayişi rəsmi Ankaranın NATO-dan asılılığını artırır və Türkiyənin Qərb dövlətləri ilə münasibətini daimi ritorik bir oyuna çevirir:

“Moskva və Ankaranın regional münaqişələrin həlli istiqamətində addımlar atması üçüncü tərəfin iştirakı ilə baş tuta bilər. Onların son zamanlar müşahidə olunan yaxınlaşması münaqişələrin alovlanma risklərini aradan qaldırır, ən azından, azaldır.

Lakin Rusiya və Türkiyənin maraqları Qafqazda toqquşur. Qafqazdakı Türkiyə–Rusiya rəqabəti Azərbaycan və Ermənistan arasında mövcud olan düşmənçilik riskini daha da artırır. Rusiya və Türkiyə Ermənistan-Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bir-birinin əksinədir: Moskvanın İrəvanla hərbi müqaviləsi mövcuddur, Ankara isə Bakı ilə strateji tərəfdaşlıq və qarşılıqlı dəstək müqaviləsinə malikdir.

ABŞ İran, Rusiya və Türkiyə arasında üçtərəfli siyasət yürüdür və rəsmi Vaşinqton hələ də hər üç ölkəyə maraq göstərir. ABŞ bu siyasətini sakitcə həyata keçirir və lazım olduğu zaman səs-küy sala, konflikt yarada bilir.

Əlbəttə ki, vəziyyət indi çox kritikdir, amma unutmamalıyıq ki, imperiyaların maraqlarının kəsişməsi həmişə Qafqaza təsir göstərib”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam