Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Vaşinqtonla 10 illik danışıqlar uğursuz oldu" -Çavuşoğlu

"Vaşinqtonla 10 illik danışıqlar uğursuz oldu" - Çavuşoğlu
Ankara ölkənin hava məkanının təcili müdafiəsinə ehtiyac duyduğu üçün Ruisiyanın "S-400" zenit-raket sistemlərini əldə etmək qərarına gəlib.
Yenixeber.org:Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldəkı NATO sammiti çərçivəsində keçirilən "NATO Engages” forumunda bəyan edib.

XİN rəhbəri bildirib ki, Türkiyə suveren dövlətdir və sərhədlərinin qorunması üçün müvafiq tədbirlər görməlidir.

“Biz 10 ildir ki, oxşar sistemləri ABŞ-dan almaq istəyirdik. Lakin bu cəhdlərimiz uğurla nəticələnmədi. Türkiyə NATO üzrə digər müttəfiqlərinə də müraciət etdi, amma uğursuz oldu. Ona görə də biz Rusiyanın təklifini qəbul etdik”, – deyə Çavuşoğlu bildirib.

Nazir vurğulayıb ki, əgər Ankaranın "S-400" almasına görə NATO üzrə müttəfiqlərindən kimlərsə sanksiyalar tətbiq etmək qərarına gəlsə, Türkiyə onların addımına cavab verəcək.



Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

Lakin ABŞNATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər.

ABŞ Konqresinin 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində vurğulanır ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Buna baxmayaraq, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam