Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Mariya Zaxarova:"Rusiya Xarici İşlər Nazirliyi "Skripal işi"ni diqqətdən kənarda qoymayacaq"

 

 

Rusiyanın Xarici İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi işinin araşdırılmasını diqqətdən kənarda qoymaq niyyətində deyil. Çünki Moskvada bu mövzu ilə bağlı ictimaiyyətə veriləsi məlumat var

 

Yenixeber.org: Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qeyd edib ki, Britaniyada bu işlə bağlı hamı nədənsə ani olaraq susub. Bu, olduqca qəribə görünür.

"Britaniya jurnalistləri bir gün susdular. Sanki hamıya susmaq barədə əmr verilib. Onlar hamısı susdular. "Skripal işi" ilə bağlı Britaniya mətbuatında ümumiyyətlə daha heç nə yoxdur. Maraqlıdır, heç kəs heç kəsi axtarmır, heç kim araşdırma aparmır. Heç kim Britaniya tərəfindən zərərçəkənlərin şəkillərini və ya videogörüntüsünü tələb etmir", - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya bu araşdırmanı diqqətdən kənarda qoymağa hazırlaşmır.

"Sözsüz, Rusiya Federasiyasının İstintaq Komitəsi, Böyük Britaniyadakı səfirliyimiz və Xarici İşlər Nazirliyi bizi cəbhədən gələn xəbərlərlə sevindirəcəklər. Bizdə danışmağa nəsə var", - deyə Zaxarova əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam