Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransa Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcək

 

Fransa Prezidenti Emmanuel Makron Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə əlaqədar yaxın günlərdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcəklərini elan edəcək

 

Yenixeber.org: Məlumatı “Reuters” agentliyi yayıb.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təqribən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.

Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Rəsmi London Rusiya Baş Kəşfiyyat İdarəsinin Britaniya vətəndaşı, keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın 23 diplomatını Birləşmiş Krallıqdan çıxarıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam