Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Qiymət artımı 5 faizə təsir etməyəcək”

arif-hacili

Müsavat Partiyasının başqanı Arif Hacılı parlamentdə bəzi deputatların qiymət artımı ilə bağlı fikirlərinə münasibət bildirib.

Xeberinfo.com:   Arif Hacılı xüsusilə deputatlardan Rüfət Quliyevin qazın qiymətinin artırılmasının yoxsullara təsir etməyəcəyi ilə bağlı fikirləri üzərində dayanıb: «İlham Əliyev ölkədə yoxsulluq həddinin 5 faizdən aşağı olduğunu bəyan edib. Hətta bu məntiqlə belə çıxır ki, qazın qiymətinin artırılması əhalinin 95 faizinə təsir edəcək».

Arif Hacılı bildirib ki, Azərbaycanda 1 dollar 78 qəpik olanda, minimum əməkhaqqı 125 manat, aylıq ərzaq səbəti isə 105 manat idi:«Bu ilin yaşayış minimumu isə 136 manat hesablanıb. Yəni, aylıq gəliri 136 manatdan az olan hər kəs və ya ayda gəliri 544 manatdan az olan 4 nəfərlik ailə yoxsul sayılır.
Əslində, işığın qiymətlərinin qaldırılması əhalinin 5 faizinə, korrupsiya, rüşvət yolu ilə milyonlar toplamış məmur təbəqəsinə, deputatlara təsir etməyəcək. Əhalinin 95 faizi isə yaşamaq uğrunda mübarizədə daha çətin duruma düşəcək».

Tarif Şurası noyabrın 28-də enerjidaşıyıcıların qiymətlərini artırıb.
Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək.
Aylıq məsrəf 250 kVt/saat elektrik məsrəfinə görə qiymət 7 qəpikdir. İndi bundan artıq isə 11 qəpikdən hesablanacaq.(azadlıq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam