Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İsa Qəmbər və Arif Hacılı prokurorluqda dindiriliblər -«Bu, Müsavat Partiyasına təzyiqdir»

Bu gün Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və bu partiyanın hazırkı başqan Arif Hacılı da prokurorluqda dindiriliblər.

Xeberinfo.com:  İsa Qəmbər saat 12.30 radələrində prokurorluqdan çıxıb. O, jurnalistlərə dindirilməsi ilə bağlı bunları deyib: «Əgər, prokurorluqda dedikləri kimi, saxta sənədləri hazırlayanları ifşa edəcəklərsə, çox gözəl. Amma bəzi sualların qoyuluşundan, bəzi yanaşmalardan hiss olunur ki, məsələnin mahiyyətini qoyub Müsavat Partiyasına müəyyən təzyiqlər etmək istəyirlər. Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından narahat olub».

İsa Qəmbər deyib ki, hər şeyi zaman göstərəcək: «Suallar elədir ki, onun ardınca saxta sənədləri verənlərin ifşası da mümkündür, Müsavata təzyiqlər də. Hansı olacaq, bunu zaman göstərəcək».

İsa Qəmbərin deməsinə görə, dindirilmə protokolunda tərcümeyi-halına aid qeyd edilib ki, o, 1988-ci ildən siyasətlə məşğuldur: «Mən müstəntiqə də dedim. 88-ci ildən ifadə verirəm. Yəni, heç bir problemi yoxdur».

Arif Hacılı

Arif Hacılı

A.Hacılı: «Bu, Müsavat Partiyasına təzyiqdir»

Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsini onlara təzyiq kimi dəyərləndirir: «Partiyanın keçmiş və indiki rəhbərliyini bu dindirməyə cəlb etməklə bu təzyiqləri cəmiyyətə nümayiş etdirirlər».

A.Hacılı hesab edir ki, təzyiqlərə bu il fevralın 18-i Almaniyada keçirilən aksiya səbəb olub. O qeyd edib ki, dindirmədə konkret kimlərin necə mühacir statusu alması və bu kimi sualları cavablandırıb.

Partiya rəhbəri bu dindirmələrin həm də vətəndaş fəallığına yönəldiyini bildirib.

azadliq.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam