PUTİN-LAVROV CÜTLÜYÜNÜN MƏKRLİ PLANI MƏLUM OLDU
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqların bəzi detallarını açıqlayıb.
Xeberinfo.com: Modern.az saytının verdiyi xəbərə görə, nazir Ermənistanın İctimai televiziyasına müsahibəsi zamanı əvvəllər əldə edilmiş razılaşmaların effektiv olmadığına diqqət çəkib.
Onun sözlərinə görə tərəqqiyə nail olmamış sənədlər Vyanada ATƏT-in mərkəzi ofisində saxlanılır.
Bununla belə, o, Kazan danışıqlarında əldə edilmiş razılığı özündə əks etdirən sənədlərin hələ ki alternativ olduğuna işarə edib.
“Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Digər başaqa şərh vermək isə yersizdir”, – deyə Nalbandyan bildirib.
XİN başçısı bununla paralel olaraq, müxtəlif variantların gözdən keçirildiyini də deyib və Ermənistanın işğalçılıq siyasətinə belə haqq qazandırıb: “Müxtəlif ideyalar var. Amma əsas odur ki, Qarabağ heç zaman Azərbaycanın tərkibində ola bilməz. Bu fikir bütün sənədlərdə qırmızı xətlə keçir”.
Qeyd edək ki, ölkədəki Rusiyapərəst qüvvvələrə xidmət göstərən və Moskvanı az qala “xilaskar” kimi təqdim edən bəzi saytlarda bu plan 6 rayonun qaytarıması kimi qələmə verilib. Hətta erməni nazirinin “əsas odur ki, Qarabağ heç zaman Azərbaycanın tərkibində ola bilməz.” fikrini verməyə də ehtiyac duymayıblar. Bununla da Kremlin irəli sürdüyü bu planın arxasındakı əsl məqsəd gizlədilib.
Belə ki, plana əsasən Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq SÜLHMƏRAMLI QÜVVƏLƏRƏ həvalə olunur. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır.
Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə Bakı və Yerevanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi ÖHDƏLİK ŞƏKLİNDƏ imtina etmələridir.
Qeyd edək ki, ilk baxışda cəlbedici görünən bu plan əslində yaxşı qurulmuş TƏLƏdir. Belə ki, əvvala, bununla Rusiya beynəlxalq sülhməramlı qüvvə adı altında Azərbaycan ərazisinə öz qoşununu yeridəcək. Hər halda sazişin imzalanmasında iştirak edəcək, ABŞ və Fransanın bura qoşun göndərəcəyini düşünmək ağəlsızlıq olar.
İkincisi, Dağlıq Qarabağ birdəfəlik Azərbaycandan qoparılacaq. Ermənilərin keçirdiyi referendiumun nəticəsi indidən məlumdur. Plana referendiumun köçkünlər öz yurdlarına qayıtdıqdan sonra keçiriləcəyi bəndinin salınması da, sadəcə aldatmadan ibarətdir. Çünki həm Xocalı faciəsiəsini görmüş insanların, gedib ermənilərin içində yaşayacağı mübahisəlidir, həm də getsələr belə refendiumun nəticələrinə təsir edə bilməzlər. Dağlıq Qarabağa hər yerdə erməni gətirib yerləşdirən Ermənistan nəticəni indidən müəyyyən edib.
Odur ki, bu plan Putin- Lavrov cütlüyünün növbəti çoxbaşlı gedişinə və Azərbaycana qarşı hazırlanmış məkrli plana bənzəyir. Belə ki, bununla Kreml bir neçə hədəfinə çatmış olur. Həm bəzi ərazilərimizin geri qaytarılmasını təmin etməklə Azərbaycanda itmiş nüfuzunu bərpa edir. Həm Azərbaycan ərazisində hərbi mövcudluğunu bərpa edir. Həm də Ermənistana verdiyi sözü yerinəı yetirib, Dağlıq Qarabağı Azərbaycandan ayırır.
Qeyd edək ki, Rusiyanın təkidi ilə Qarabağdakı döyüşlər dayandırılarkən hərbi ekspert Üzeyir Cəfərov bunun birməkrli plan olduğunu bildirmişdi. Sitat: ” Ortalığa rus siyasətinin Putin-Lavrov tandemi düşdü və biz yenə də humanistlik nümayiş etdirərək belə gözlənilməz qərar verdik. Mən əsla ölkə rəhbərliyinin bu qərarına hörmətsizlik kimi yanaşmıram, sadəcə daxilimdə olan inam və daxilimdə olan narahatlıq onu deməyə əsas verir ki, ortalıqda çox çirkin və məkrli bir plan var. Düşmənə, hansı ki, bu son 4-5 gündə Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin gücünü, əzmini gördü, vaxt udmaq və onun yenidən üstümüzə gəlməsi üçün havadarları tərəfindən bir şans əldə edilmiş kimi görürəm baş verənləri.
Təki mən yanılım öz mülahizələrimdə, düşüncələrimdə, amma varlığım qədər inanıram ki, bu dəfə Rusiyanın Putin-Lavrov cütlüyü bizim xalq üçün çox məkrli bir plan hazırlamaq fikirindədirlər və artıq onlar bu zəhəri altdan-altdan bizə tərəf püskürməyə başlayıblar.”
Hərbi ekspertin bu fikirləri deyərkən nəyi nəzərdə tutduğunu söyləmək çətin olsa da, təklif olunan Kazan planının Azərbaycan üçün tələ olduğu şübhəsizdir. Ancaq inanırıq ki, rəsmi Bakı Putin-Lavrov tandeminin hazırladığı bu məkrli planın reallaşmasına imkan verməyəcək. Bakı mərhələli həll variantına razılaşsa da, Rusiya qoşunlarının sülhməramlı qüvvə kimi Qarabağa yerləşdirilməsindən qəti imtina etməlidir.
Digər tərəfdən sənəddə referendiumiun yalnız Dağlıq Qarabağa veriləcək muxtariyyətlə bağlı keçirilə biləcəyi qeyd edilməlidir. Və ən əsası Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə də təmin etmək hüququnu özündə saxlamalıdır.
Azpolitika.info