Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lavrovdan Qarabağla bağlı şok etiraf

 

 

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizmlanması ilə bağlı hər hansı bir yeni sənəd irəli sürməyib”. 

Xeberinfo.com:  Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunları ilə bağlı keçirdiyi geniş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə “Lavrovun sənədi” və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil:

“Qarabağın həlli ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları beş və ya altı sənədlər mövcuddur. Bunu da ATƏT-in Minsk qrupunun həmsədrləri sülh nizamlanmasının bir neçə mərhələsində hazırlayıblar. Yəni münaqişənin ilkin dövründə hazırlanan bu sənədlər probelmin nizamlanmasına yönəldiləcəkdi. Daha sonra bu sənədlər əsasında özündə siyasi xarakter yükü daşıyan hüquqi sənəd kimi sülh sazişi hazırlanacaqdı. Bu sənədlərin müxtəlif versiyaları ATƏT sədrinə də təqdim edilib. Bu yeganə kağızlardır hansı ki onları sənəd adlandırmaq olar. Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib. Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir”.

Lavrovun fikrincə, uzun müddətdən sonra münaqişə tərəfləri yenidən problemin həlli üçün danışıqlara başlayıblar.

“Azərbaycanlı və erməni həmkarımla görüşüm baş tutdu. Tərəfimizdən ATƏT-in Amerika və Fransadan olan həmsədrləri ilə mütəmadi müzakirlələr aparılır. Bu münaqişədə “hər şey və heç nə” prinsipi vacib olduğuna görə, mediatorlar və tərəflər onun tənzimlənməsi yollarının axtarışı üzərində işi davam etdirilər. Biz birlikdə yeni ideyalar axtarırıq və tərəflərlə bu məsələ üzrə “beyin hücumu” aparırıq. Heç bir sənəd Dağlıq Qarabağ münaqişəsinin bütün nüanslarının həllini təşkil etmir və Rusiya tərəflərə sülh həll yolunu tapmağa kömək etmək üçün səylər göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam