Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Dağlıq Qarabağ Azərbaycan və Ermənistanı ayıran açıq yaradır”

b940d8865fed8f8774faf7d5ba845578

 

“Dağlıq Qarabağ kimi açıq yara Ermənistan və Azərbaycanı hələ də ayırır. Avropa İttifaqı üçün münaqişənin sülh yolu ilə həlli gündəlikdə mühüm yer tutur”.
Xeberinfo.com:  APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycan və Ermənistana səfərinin yekunları ilə bağlı bloq yazısında deyilir. “Avropa və Asiya arasında körpü olan, mövcud çətinliklər və ziddiyyətlər kontekstində həssas demokratiyalarını möhkəmləndirməkdə olan Azərbaycan və Ermənistandan yenicə qayıtmışam. Hər iki ölkənin hökumətləri, vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirdiyim intensiv səfər oldu”, – deyə o, söyləyib.
F. Mogerini qeyd edib ki, Bakıya səfəri Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının II iclasında iştirakla başlayıb. Onun sözlərinə görə, bu layihə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsində vacib rol oynayır. Səfər çərçivəsində prezident İlham Əliyev və nazir Elmar Məmmədyarovla görüşdüyünü deyən F. Mogerini regiondakı, habelə İran, Türkiyə, Rusiyadakı vəziyyət və Avropa İttifaqı ilə ikitərəfli münasibətlərin müzakirə edildiyini də vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam