Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycandan Avropa İttifaqına nota

 

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının üzvü, Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb.

"Xeberinfo.com":  Məlumata görə, XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüş əsnasında nazir Elmar Məmmədyarov tərəfindən Yohannes Hana “Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi təqdim olundu.

Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu qeyd olunaraq, bu sənəd əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulandı.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə Avropa İttifaqı tərəfindən aydın və birmənalı mövqeyin bildirilməsinin vacibliyini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

“Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi nota ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Federica Moqeriniyə də təqdim olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam