Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Rusların yeni silah problemi -İran yenidən xilaskara çevrilib

"Rusiya işğalçı qoşunları Ukraynaya qarşı müharibədə öz "Kornetləri" əvəzinə İranın "Dehlaviya"larından istifadə etməyə başlayıblar".
Yenixeber.org: bunu hərbi-siyasi ekspert, OSINT-in tədqiqatçısı Aleksandr Kovalenko deyib. Onun sözlərinə görə, bu amil Tehranın dolayısı ilə Rusiyaya silah tədarükünün spektrini genişləndirdiyini təsdiqləyir.
Hazırda isə Tehranın Rusiyaya silah-sursat tədarükləri belədir: Mohajer-6, Shahed-131, Shahed-136 puaları, Ghaem-5 bombaları, NIJ II dəbilqələri və zirehli geyimləri, Rouin-3-lər.
Kovalenkonun sözlərinə görə, tanklar üçün 125 mm-lik OF-19 mərmilərinin tədarükü haqqında da məlumatlar yayılmışdı. Lakin bununla bağlı fakt tapılmayıb: “Gələcəkdə Rusiya Federasiyası İrandan “Fateh-110” və “Zolfaghar” ballistik raketləri ala bilər. Həmçinin “Şahed-131” və “Şahed-136” kamikadze dronlarının tədarükü və Rusiya ərazisində istehsalı üçün yeni müqavilələr də bağlaya bilərlər".
Mütəxəssis onu da əlavə edib ki, əvvəllər İranın tank əleyhinə sistemlərinin rusların əlində görünməsi ilə bağlı məlumatlar verilməyib.
- Həmçinin diqqətinizə çatdırmaq istərdim ki, “Dehlaviyeh ATGM”-lərin görünməsi Rusiyada “Kornet ATGM” ehtiyatlarının tükənməsi, Moskvanın onların tez və lazımi miqdarda istehsal edə bilməməsi ilə bağlı ola bilər, - ekspert qeyd edib.
Kovalenkonun sözlərinə görə, bu faktı işğalçıların öz qüsurları ilə tanınan 1970-ci illərin köhnə sovet silahı olan “Konkurs”ları ilə silahlanması da təsdiqləyir: "Yəni, hətta söhbət modernləşdirilmiş "M", yəni köhnə, sovet "Konkurs"undan gedir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam