Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

XƏYANƏTİN FACİƏSİ

 

  

 

      İkinci sənədli hekayə

 

    "Xeberinfo.com": Beş il davam edən müharibə sona çatmışdı. İnsanlar sakit nəfəs alıb quruculuq işləri ilə məşğul idilər. Fateh müharibədən əsəbi bir vəziyyətdə gəlib çıxmışdı. O, bölgənin dağlıq məhəlləsində salınmış Ata yurdundan qapı-pəncərələri söküb bölgənin mərkəzinə yaxın qəsəbələrin birində  0.5 ha sahədə yeni yurd saldığı əraziyə gətirirdi. Əvvəlcə yerdən qazma enli və uzun bir yaşayış  üçün yararlı müvəqqəti sığınacaq tikdi. Şəfiqə ilə evlənəndən sonra üç otaqlı ağrəngli kiçik həcmli sərt yastı daşlardan üç otaqlı bir koridordan ibarət mənzil inşa etdilər. Ata evindən gətirdiyi iri qapı və pəncərələr də yerinə qoyuldu.

Fateh adı ona nə səbəbə verilmişdi? Bunun qısaca bir tarixi var. Bu ad özündən əvvəl dünyaya gələn qardaşının adı idi. O qəribə bir fəhm sahibi imiş. İtə baxıb ondan küçük saxlayar və əzab əziyyətlə onu tərbiyə edərmiş. Küçük böyüyüb köpək olandan sonra ancaq Fatehə xidmət edər, onu eşidərmiş. Adam tutmazmış. Tanımadığı adamı da həyətə buraxmazmış.  Fateh adamlarla söhbət edərkən ona verilən sualların hamısına şeirlərlə cavab verərmiş. Sonra nədənsə Fateh qəflətən sağalmaz xəstəliyə tutulmuş və dünyasını dəyişibmiş. Həmin adı da valideynləri özündən sonra dünyaya gələn qardaşına veriblər.

O, müəllimliyin daşını atıb gələcək arzusunu həyata keçirmək və vaxt qazanmaq məqsədiylə bölgədəki sement zavodunda kiçik bir vəzifədə işləyəsi oldu. Orta məktəbin riyaziyyat fənnlərinin dərslikləri və Nizaminin əsərləri onun stolüstü kitablarına çevrilmişdi.Yatanda gecələr hayqırtı ilə yuxudan oyanardı. Köməyinə çatan anası olar, onu sakitləşdirərdi. Bu hal-əsəb sarsıntısı  onda uzun müddət davam etmişdi. Fateh geni sağlam, ucaboy, fiziki cəhətdən güclü, dərindən düşünüb hərəkər edən, haqq-ədalət dayağı olan Fəxarət kimi ər kişinin oğluydu. Yaşamaq üçün  həyat qurmağa özündə qüvvə tapa bildi.

    Müharibə vaxtı ali təhsilini yarımçıq qoyan Şəfiqə təhsilini davam etdirmək və Fateh məqsədinə uyğun ali təhsil almaq üçün müvəqqəti olaraq Bakı şəhərinə köçdülər. Fateh yeni ali təhsil almaq üçün  K.Marks adına iqtisad institutuna daxil oldu. O, gündüzlər agent-ekspeditor vəzifəsində işləyir, axşamlar təhsilini davam etdirirdi.

Fateh ekspeditor işlədiyi müddətdə həyatı bahasına başa gələn hadisələrlə qarşılaşırmış. O, hansı genin, hansı əxlaqın, hansı cəsarətin sahibiydi? Bir sıra həmkarları ilə fəaliyyət göstərirmiş. Bəzən olurmuş ki, gecələr tentsiz yük avtomobilləri ilə Bakı şəhərindən kənar məsafələrdə yeləşən dükanlara top halında parça materialları daşıyarmışlar. Səfərlərinin  birində Fateh hiss edir ki, arxadan gələn avtomaşın az müddətdə onu avtomaşını ilə bərabərləşmiş, elə bil ki, kölgə də görünüb.  Anlayır ki, onun top parcalarından oğurluq həyata  keçirilib. Sürücüsündən xahiş edir ki, onları keçən avtomaşınla bərabərləşsin. Kabihədən çıxıb avtomaşının yük yerinə qalxanda görür ki, həqiqətən bir top parca yoxdür. Risqə gedib o birisi aavtomaşının yük yerinə atılır və iki top parcanı öz avtomaşınının üstünə atıb yenidən kabinəyə qayıdır. Mənzil başına çatıb parça topları dükana təhvil veriləndə oğru ekspeditorun bir topu əskik gəlir. Fateh oğurluqla mığul olanı başa salır ki, oğurluqla məşğul olmasın. Oğrunun əskik gələn top parçasını da özünə qaytarır.

   Fateh və Şəfiqə müəllim  təhsillərini başa çatdırdıqdan sonra doğma bölgəyə qayıdırlar. Fateh bölgədə uzun müddət özünə münasib iş axtarası olmur, bölgədə yeni təşkil olunmuş Avtobazada baş iqtisadşı vəzifəsinə təyin olunur. Maliyyə və iqtisadi hesabatlarını Bakı şəhərinə özü aparardı və hesabatın qəbulu vaxtı heç bir irad tutulmurdu. Heç vaxt heç kimin yanında heç nədən şikayətlənmir, cəkdiyi əziyyətdən danışmır, heç bir vaxt havayı yerə əziyyət də çəkmirimiş. 

   Əmisi oğlu Sibirdən sürgündən bir rus (?) qadını ilə qayıtmışdı. Fatehə yalvarıb-yapışır ki, görsün ona tqrpaq ərazisi almaq mümkündürmü. Fateh özünün torpaq ərazisindən 15 sot kəsib ona iki otaqlı kürsülü mənzıl tikilməsində əvəzsiz  köməklik göstərir. Sonra əmisi oğlu ayağını ərazidə bərkitdikdən sonra bir metr ərazini genişləndirməyə çalışanda Fateh onu yerində oturdur. Hərçəndi Şəfiqə müəllim onu öz həndəvərlərinə buraxmaq istəmirdi. Fateh mərdin oğlu mərdiydi. Sibirdə ikən farmakoloq ixtisası alıb  bölgənin mərkəzində iri həcmli aptek açan əmioğlu sonra  Fatehi tanımadığı kimi  müəyyən hallarda  bölgədən kəndimizə gələndə  evimizin yanından keçərkən bizim ailəni də saymayıb hal-əhval belə tutmur. Bəli, əhalinin cırlaşmasının başlanğıcı görünürdü. Tanrı sonrasından saxlasın. Məlum deyildi ki, biz hələ nələr görəcəyik, başımıza hansı müsibətlər gələcək.

   Fateh geniş həyətə gilas meyvələri  verən ağaclar əkmişdi. Meyvə ağacllarını kol formasına salmışdı ki, dərmək asan olsun. Hər dəfə Bakı şəhərinə yollandıqca meyvələri dərib şəhərdə satardı. Bu hal uzun müddət davam etsə də onu təkrar iş usandırmırdı.  Nəhayət əla vəziyyətdə olan “QAZ-21 markalı VOLQA”   minik avtomobili aldı. İş vaxtı qurtarandan sonra hər axşam minik avtomobili ilə qonşu bölgəyə sərnişin daşıyar, oradan isə kənd əhlindən müvafiq qiymətə pendir alıb bölgə mərkəziində satdırardı. Yəni maliyyədən korluq çəkmirdilər. Kommersiya işlərini bilməyi, daha doğrusu diribaşlığı onun dadına çatmışdı. Axı məvaciblə dolanmaq, ailə saxlamaq, nəsə almaq mümkün deyildi. Elə işlədiyi vəzifə də gəlrli deyildi.

   Şəfiqə buğdayı rəng, ucaboy, konkrer fikir aydınlığı ilə danışan bir kimya müəllimi idi. Bölgə mərkəzindəki orta məktəbdə müəllim işləyirdi. Bu elə bir dönəm idi ki, orta məktəb də alverxanaya çevrilmişdi. Müəllimlər kirdarlı ailələrdən haqq güdürdülər. Bölgənin kəndlərindəki yeddiilik məktəbdən bölgə mərkəzində yerləşən  orta məktəbə təhsil almağa gələn şagirdlər bir sinifdə, şəhər şagirdləri başqa bir sinifdə cəmləşdirilirdi. Ögey-doğma münasibətlər aydın görünürdü. Bunu görən Şəfiqə müəllim bölgədəki  rus dilli orta məktəbə keçdi. Onun ali məktəb üçün hazırladığı şagirdlər ali məktəbə qəbul zamanı əksəriyyəti əla, az bir qismi isə yaxşı qiymət alırdılar. O, ətraf bölgələrdə, hətta Ali Təhsil Nazirliyində də tanınırdı. Bununla belə əzbərçiliklə şagirdlərə dərs deyən, qiyabi təhsil alıb  köməklik   üçün ona müraciət edən,  tələbələrin kurs işlərindən baş açmayan kimya müəllimi olan birisi ali-əmək qərəmanı kimi   medala layiq görüldüyü halda Şəfiqə müəllim “Əməkdar müəllim” fəxri adı ilə kifayətlənməli oldu. Şəfiqə müəllim ona müraciət edən qiyabiçilərin kurs işlərini heç bir haqq güdmədən döşəmədəki xalçanın üstündə əyləşib dizinin üstündə yazıb sahibinə qaytarırdı.

Qeyrət rəmzi, amir dilli, ovladcanlı insanıydı,

Kimsəsizə arxa idi,  qohum canlı qadınıydı,

Şagirdlərə sevinciydi, canlı bilgi yatağıydı,

İnsanlara rəqiqiydi, əzəməti sınmazıydı,  

Xeyir işə dəstəkiydi, yaman işi qıymazıydı, 

İstedadsız, əzəmətsiz  Ulu olmaq mükündürmü?

   Fatehlər ailəsi üç oğul bir qız sahibi idilər. Böyük oğlu  Fitrət Politexnik institutunu fərqlənmə diplomu ilə başa vurduqdan sonra institutda saxlanılsa da sonradan Sumqayıtda işə girmişdi. Həmişə onun qoltuğunda alman dili lüğəti olardı. Heç vaxt lüğətdən ayrılmazdı. Aspiranturaya daxil olmaq üçün avtoreferatını Ukraynadakı institutlarından birinə poçtla  göndərmişdi. Sonra o aipiranturaya qəbul üçün çağrıldı. Maraqlı hal o idi ki, qəbul imtahanını götürənlər ona alman dilindən əla, ixtisas fənnindən isə yaxşı yazmışdılar.

Böyük qızı Fəzilət də boy ucalığı istisna olmaqla eyni ilə bütün müsbət keyfiyyətləri sarıdan Ata-Anasını xatrladırdı. Bununla yanaşı Fəzilət gözəllik mücəssəməsi idi. Rus dilli olduğundan rus dilinə tərcümə olunmuş Azərbaycan yazıçı və şairlərinin əsərlərini rus dilində mütaliə edirdi. Orta məktəbi bitirdikdən sonra o, da Politexnik institutuna daxil oldu. Ərzaq məhsullarından düzgün qidalanmadığı (?) səbəbindən ağır mədə-bağırsaq xəstəliyinə tutulmuşdu. Anası Şəfiqə müəllim bundan o vaxt xəbər tutdu ki, artıq iş işdən keçmişdi. Fəzilətin təhsilini davam etdirməsi mümkünsüz olduğundan şəhərdəki xəstəxanaya yerləşdirdilər. Bir müddət keçdikdən sonra Anası onu təyyarə ilə Leninqrad şəhərinin xəstəxanalarının birinə apardı. Orada da xəstəliyi müalicə etmək mükün olmadı. Fəzilət yaşamadı,  gözlərini əbədi yumdu. Sanki Fatehlər ailəsinin taleyinə faciə yazılmışdı... 

Fəzilət də bənövşəydi, yaxalara sancılmadı,

Gəncliyində inci idi, boyunlara dolanmadı,

Ömür-gündə ismətiydi kimə, nəyə aldanmadı,

Bölgəsində tərgülüydü, güldanlara qoyulmadı,

Qənirsiz bir tərgözəli yad etməmək mümkündürmü?

 

Nakam gedən bir cavanı Ata, Ana, el ağlayır,

Dil dillənmir, dodaq susur, görünməyən  ruh ağlayır,

Göz açılmır, ürək vurmur,  yaxın, uzaq, göy ağlayır,

Türk itkisi faciədir, yasın əhli dərd ağlayır,

Vaxtsız köçmüş türk gəncini ağlamamaq mümkündürmü?

Fəzilətin dünyasını vaxtsız dəyişməsi Ata Fatehə, Ana Şəfiqəyə baha oturdu. Onlar gecələr yatağa uzananda boğulur, ağrıdan qıc olub çarpayıdan döşəməyə çırpılırdılar. Bu vəziyyətə davam gətirməyən Şəfiqə müəllim dəli oldu. Tək bu faciəli ölümdənmi o, dəli olmuşdu???

Valideynlərin bir-birinə qarşı münasibətləri də ölümdən əvvəl obyektiv səbəblərə görə gərginləşmiş, birgə yaşamaları mümkünsüzləşmişdi. Bunu görən övladlarda Ata-Anaya inam getdikcə itirdi. Övladlar yurddan yayınmağa istiqamət götürmüşdülər.

Fateh Şəfiqəni həyata qaytarmaq üçün hər bir əziyyətə qatlaşırdı. Bütü varidatını xəstəxanalarda qoyub uzun müddətdən sonra onu həyata qaytara bildi. Ancaq o, yaşaya bildimi?

Fateh insan ağlına sığmayan fiziki gücün, istedadın, dözümün  sahibi idi. O, yazıçı, şair, dramaturq idi. Bununla yanaşı kommersiya işlərini yaxşı bilir və dövlət idarəsində maliyyəni idarə etmə qabiliyyəti də yetərincə idi. Fəhlə kimi xarratlıq etməyi, cilingər kimi işləməyi bacarırdı. Rus dilində təhsil almasa da Azərbaycan dilində olduğu kimi həmin dildə də səviyyəsi varlı idi. Ziyalı kimi yaradıcı, fəhlə kimi  işgüzar bir insan idi. Tükənməz iş qüvvəsi və fəhmi ilə varidat toplayan Fateh bal arısını xatırladırdı. Daşın üstündə əyləşib pul qazanmağın yolunu kifayət qədər bilirdi. Bir kəlmə - heç kimə, heç nəyə möhtac deyildi.

 Zyalı işi və fəhləliklə məşğul olan insanların hamısı Fateh fəhmdə və əxlaqda olsaydılar şübhəsiz ki, hamı cənnətdə yaşayar çətinlik üzü görməz, firavan həyat sürərdilər.  O,Tanrı vergisiydi.

Onun şeir yazdığı mətbuatdan oxuculara məlum idi. Dərinliyi haqqında isə məlumat azıydı. Hələ Bakıda təhsil alan dönəmdə “Bakı” axşam qəzetində onun şeirləri dərc olunurdu. Lakin heç kəsə bəlli deyildi ki, quruluşca üç növə bölünən ədəbi əsərlərin hamısını kifayət qədər bilir və bu sahədə kamildir. Ədəbi əsərləri dərc edən Respublikanın mərkəzi dərgilərinin birinin axırıncı səhifələrində  məlumat verildi ki, Fatehin “Çinar” poeması dərginin növbəti saylarında dərc olunacaq. Uzun aylar keçsə də poema dərc olunmadı. Cox sonralar məlum oldu ki, müsabiqədən keçən həmin poemaya yaxşı qonorar düşübmüş. Qonorarı isə dərginin sahibləri Fatehə ödəməkdən boyun qaçırdıqları üçün Fateh poemasının dərcinə yol verməyib. Bundan hali olan əslən gəncəli hörmətli şairlərdən biri Fatehə deyib ki, nə yazmısan mənə ver,  özüm dərç etdirərəm. Fateh cavabında deyib ki, sağ olun, mən öləndən sonra dərc edərlər.   

Təsadüf nəticəsində bölgə qəzetində onun “Təbiətin harayı” şeiri əlimə düşdü. Doqquz dördlük 36 misradan ibarət şeir fəlsəfi məzmunda yazılmışdı. Elə bu şeiri ilə anladım ki, Fateh adına layiqdir.

2011- ci ildə Bakıdan bölgəyə gedəndə Fatehin həyətinə ayaq basdım. Evin qapısı bağlı, pəncərələr sellafonla tutulmış, reykalanmışdı. Körpə vaxtı oynadığım Yurd gözlərim qaşısında dad-fəryad, nalə ocağına çevrilmişdi.  Qarşıma onun evinin qarşısındakı evdən tanımadığım qoca bir qadın çıxdı. Salamlaşıb kimliyimi bildirdim və Fatehin əsələrini tələb etdim. Mənə gətirib Fatehin makinada yazılıb səliqə ilə tikilmiş “Kosmos qohumluğu” poemasını təqdim etdi. Bəli, Fateh həm də Azərbaycanın Jül Verni imiş. Qəlbim qan ağlaya-ağlaya geri döndüm. Fatehin nəsli “Çinar” poeması ilə birgə yoxa çıxmışdı.

Sonra dilli-dilavər böyük bacımdan xahiş etdim ki, nə vaxt bölgəyə gedərsə orada yaşayanlarla axtarış aparıb “Çinar” poemasını görsün tapa bilirmi. Bacım bölgədən xeyir xəbərlə gəlmişdi. O,Fatehin “NUO”ların görüşü” iri həcmli hekayəsini, doqquz şeirini, dörd hissəsi  itmiş “Çinar” poemasını, iki pyesini mənə çatdırdı.

Əsərləri dərcə  hazırlamaq lazım idi. Kompüterin qarşısında əyləşib 20-30 il bundan qabaq kiril əlifbasında yazılmışları latın qrafikaslnda yazmağa başladım. Pozulmuş sözlər çox olsa da şeirlə maraqlı olduğumdan başa düşməyə çətinlik çəkmirdim.

Nəhayət Fatehin kitabı dünyasını dəyişəndən 15 il sonra 2012-ci ildə YAZIÇI nəşriyyatı tərəfindən “Çinar” poeması ilə yanaşı  mənə çatan  əsərləri  işıq üzü görüb , həyata qədəm basdı.

Həmin poemanı axırıcı iki dördlüyündə  belə yazılmışdı:

Gecələr alimlər sübhəcən yanır,

Bəşərin gözünə nur saça-saça.

Açılır üzündə səhər oyanır,

Gələcək günlərə yol aça-aça.

 

Gecələr şairlər min xəyal ilə,

Çalxanır dəryatək min dürr yetirir.

Bir ürək, bir dilək, bir kamal ilə,

Yüz nəğmə yaradır, dastan bitirir.      

Həmin misralar onu sübut edir ki, Fatehin ədəbiyyat sahəsində elmi titulu olmasa da dərin təfəkkür sahibidir, dəyərli ədəbiyyatşünasdır,alimdir.

    Ancaq uzun müddətli müalicələr Şəfiqənin yaşamasına kömək etməmişdi. Şəfiqə müəllim yenidən təhlükəli bir xəstəliyə-ayağıdan qanqrenaya tutulur, müalicənin xeyri olmadığından ayağnın biri tam kəsilir. Əməliyyatdan sonra yaşama qabiliyyətini itirdiyindən dünyasını  dəyişmiş  və xalqa lazım olan istedadını da özü ilə bərabər aparmışdı. Xoşagəlməz hal o idiki,Fateh dünyasını dəyişəndə çənazəsini yerdən qaldıran yaxınları və qohumları olduğu halda, Şəfiqənin cənazəsini bölgədən  yadlar götürmüşdü. Ömür gün yoldaşı və bircə qızı məzarlıqda, üç oğul itkin düşdüyü halda onun cənazəsinin kənar adamların ümidinə qalması labüd idi.

Bəs bu faciələrin  səbəbləri nə idi? Bax buna çox yox, qismən aydınlıq gətirmək istəyirəm. Ona görə qismən deyirəm ki, bəlkə itkin düşmüş oğulları sağdı, bəlkə salamat qalanı varsa qayıdıb gələcəklər, bəlkə nəvələri var, əgər nəvələri varsa Baba Fatehin, Nənə Şəfiqənin yurdunu yad etməyə gələcəklər, bəlkə nəvələr gəlib xarabalığı xatırladan həyəti abadlaşdıracaqlar, bəlkə gəlib neçə mənim kimilərinin ağlar gözlərini güldürəcəklər, bəlkə mən yaşayıb onlarla üz-üzə gələcəyəm... Bu bəlkələr saysızdı. Cox hadisələri bilsəm də, bəzilərinin canlı şahidi olsam da bax bu bəlkələrə görə  deyilməsi mümkün olanları deyəcəyəm.

Fatehin insanlığın ləyaqət simvolu olduğu faktlarla sübuta yetirilib. Onda sağlam eqoizminin olduğunu bir şair mənim üzümə deyib və bu deyim mənim kitabımla yanaşı Fatehin kitabında da qeyd edilib. Şairliyində üstün cəhət o idi ki, Xalq yaradıcılığına üstünlük vermiş  və dahi Nizamidən bəhrələnmişdi. “Çinar” poeması bir növ “Əsli və Kərəm” dastanını xatırladır, saf sevgini, zəhməti, Vətəni,  əmək qəhrəmanlığını, gəncliyi tərənnüm edirdi.  

Onlar haqqında gedən söz-söhbət zamanı Fatehdə və qızı Fəzilətdə yavaş-yavaş kimyəvi zəhərlənmə halları da aşkara cıxırdı. Axı nə Fateh, nə də Fəzilət zəhərli maddələr istesal edən zavodda, qozaların tez açılması və yarpaqların tez tökülməsi üçün yuxarıdan təyyarələr vasitəsilə pambıq plantasiyalarına zəhərli kimyəvi maddələr ələnən  sahələrdə və kimya laboratoriyasında  işləmirdilər. Bəs  kimyəvi zəhərləmə haradan bu ailəyə  yol tapmışdı?

 Həyətə üçüncü buraxılış birinci əldən alınmış “QAZ-21 VOLQA” markalı minik maşını  gətirilir, ödəniş üçün saxlanılan nəqd pul vəsaiti yerindən yoxa çıxır, ailəyə pul vəsaiti kifayət qədər gəlir, sonradan vəsait yerində tapılmır, qızılın qramı on rubl dəyərində olduğu dönəmdə Şəfiqənin xəstə oldğu aylarda 800rubl əmək haqqı sahibinə çatdırılmır, evə oğru girmir, ailədə qumarbazlıqla məşğul olan və valideynlərin məşuqələri yox, spirtli içkilər, narkotik maddələr ailəni tanımır,  bəs vəsait kimlərə qismət olurdu, hara gedirdi? Sanki vəsait buxarlanırdı.

Həyat naxələf insanlardan da xali deyilmiş. Bir tüfeyli nəsil piton ilanını xatırladırdı. Mənimsənilən 800rublu dilinə gətirib danışan  gənci küçədə tutub şil-küt olana qədər döymüşdülər. Bunlar heç nəylə hesablaşmır, ancaq-ancaq qan sormağa adət etmiş, mümkünlü yollarla  pul mənimsəməyə çalışır və məqsədlərinə nail olurdular. Formadan insana, əməldən piton ilanını xatırladana başqa nə ad vermək olar.

Hanı qeyrət, qızıl sərvət, oğulları ayrı düşüb,

Hanı şöhrət, bilgi, mürvət, yurd-yuvası dərdə düşüb,

Hanı qayət, xoş bəlağət, şad günləri zülmə dönüb,

Hanı sərbəst bir ləyaqət, inandığı zəhmə dönüb,

Anlaşılmaz bir durumdan baş çıxarmaq mümkündürmü?

Sanki, gözə görünməz bir varlıq evə gələn vəsaitin axırına çıxırdı. Əlbəttə bu “buxarlanma” əməliyyatını aparan aşkar olunmalıydı. Axı bu vəsait göydən tökülmürdü, ağır zəhmət hesabına qazanılırdı. Nəhayət ər-arvad üz-üzə gəldilər və birgə yaşamaları mümkünsüz vəziyyətdə gəlib ortaya çıxdı. Fateh həyətyanı sahəsini ikiyə böldü. Minik avtomobilini satıb özü üçün  kürsülü bir otaqlı mənzil inşa etdi. İşləməyin faydasız olduğunu görərək vəzifəsindən azad olub aşağı vəzifəyə keçdi.

Gecəsini gündüz gördü, işlək beyni bilgi yığdı,

Ömrü-günü əzab gördü, əmək çəkdi sərvət yığdı,

Əyri yolu fəna gördü, halal zəhmət barı yığdı,

Haqq  yolunu  rəvan gördü, Iş qüvvəsi sarı yığdı,

Faydasız bir yaşayışa zəhmət çəkmək gərəkdirmi?                    

   Şəfiqə müəllim pul mənbəyini itirmiş, ər vəzifədən azad olmuş, minik avtomobili əldən çıxmışdı. Övladları kim yetirəcək, kim onlara təhsli verəcək, kim onları ailə sahibi edəcəkdi? Sanki o, dəryada sükansız üzən gəmiyidi.  

Bakı şəhərinin qəsəbələrinin birində yaşadığım dönəmdə təqribən 72-73-illərdə  Şəfiqə müəllim və böyük oğlu Fitrət (şənbə, bazar günləri bizə gələrdi) təsadüf nəticəsində mənim mənzilimdə görüşdülər. Fitrət Anası Şəfiqə ilə çox kobud dinışırdi. O, olduqca yazıqlaşmış, fağırlaşmışdı.  Mən düşünür və qəlbən ağrıyırdım. Vaxtı ilə onun cəsarətli, kişi xarakterli gördüyümdən bu gün onun halına yanırdım. Bəli, o, yalvarışla danışır, övladlarını qanadı altına almağa çalışırdı. Vaxtı ilə amir dilli Şəfiqə xəstəlikdən sonra cox acizləşmişdi. Bütün bunları görür və ona yazığım gəlirdi. Onları sakitləşdirib Fitrəti qəsəbənin sakit bir guşəsinə çəkib onunla söhbətə başladım ki, Fitrət yaxşı bilirsən ki, Anan Şəfiqə xəstəlikdən indi qurtarıb, onunla kobud danışma, həmin xəstəliyə yenidən tutularsa eybi siz övladlara gələcək. Fitrət mənimlə də kəskin danışaraq belə dedi ki, necə olur Atam əvvələr bizə pis kimi qələmə verilirdi, indi isə yaxşı olur, mən indi kimə inanım? Artıq mən anladım ki, Fitrət Atasına, qardaşlarına zərbənin haradan, hansı mənbədən dəydiyini dəqiq bilir. Fitrət Ata-Ana qayğısından məhrum olduğu kimi maliyyə mənbələrini də itirmişdi. Bu formada danışıqdan sonra mən Fitrəti bir daha görmədim.  Hamımız bilirdik ki, o, Ukrayna respublikasındadır. Hansı şəhərdə olduğu isə məlum deyidi.

    Bununla belə nə Fateh, nə də Şəfiqə müəllim bizim ailədən əllərini üzmürdülər. Sanki gizli bir qüvvə ər-arvadı daim bizim ailəyə doğru itələyirdi. Anamdan qızlarının birini qopartmağa ciddi səy göstərir, ortancıl oğlu üçün bölgə mərkəzində kommersiya mərkəzi yaratmağa çalışırdılar. Onlar artıq hiss edirdilər ki, faciə daha yüksək nöqtəyə yaxınlaşır, çalışırdılar ki, gələcək faciələrin qarşısını almaq üçün heç olmazsa  ortancıl oğlu bölgədə yurd sahibi olsun.

  Biz çoxuşaqlı ailə maliyyə çətinlikləri içərisində alışıb yandığımız dönəmdə, əzab əziyyətlə uzun müddətdə qazandığını - sarısından tutmuş nəqd pul vəsaitini tüfeylilərə, qaniçələrə uduzaraq  dizləri yerə gələndə bizə arxalanmaq istəyənlərlə qohumlaşmaq yeni bir yanar alovun, gələcək bir faciənin əsasının qoyulması olardı. Aradan qaldırılması mümkün olmayan nöqsanları əvvəlcədən görüb duyan  Anam da bir Ana idi. “Göz gördüyündən qorxar” demişlər. Bunlardan  onun ağlı bir şey kəsməyib, gözü su içmədiyindən  onlara qəti-yox cavabını vermişdi.

Böyük oğul Fitrət isə gizlincə kəşfiyyat aparır, əlini Bkıdan və bölgədən üzmürmüş. Ailəmizin yaşadığı kəndə gəlirmiş. Mən hər kəndə gedəndə evimizdəki  kiçik  bir radio tumboçkasının üstündə ramkada olan onun fotosuna baxıb köksümü ötürürdüm. 85-90-cı illər arası idi. Bakının Əhmədli qəsəbəsində mənzil  almışdım. Mənzili alsam da kommunal və nəqliyyat xidmətləri qaydasında deyildi. Olduqca əziyyət çəkirdik. Anam da bunu olduğu kimi bizə gələn Fitrətə söyləyir. Anamdan mənim ünvanımı soruşsa da bu səbəblərdən ünvanımı götürməkdə maraqlı olmur. Anam həqiqəti söyləməklə düzgünmü hərəkət etmişdi?  Buhaqda heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, Fitrət mənim ünvanımla maraqlı olsaydı onu itirməzdik.

    Fatehlə Anamı heç bir pillə  ayırmırdı, onlar doğma qardaş bacıydılar. Anam ona söykənmək istədikcə Fateh onu burunlayırdı. Atasından fərqli olaraq Fatehin övladlarının hamısı Anamala, onun övladlarıyla olduqca meriban dolanır, daim əlaqə saxlasalar da Fatehin övladlarının heç birisi ana tərəfi ilə nə bölgədə, nə Bakıda yaşayan xalası ilə heç bir münasibətdə olmurdular. 

    Anam hər dəfə Fatehə mənim barəmdə, yəni gələcəyim üçün müraciətləri  laqeydliklə qarşılanır sanki o, karlaşırdı. Kənddəki zülmkarlardan aralanıb Fatehin yanında-Avtobazada işləmək, bölgə mərkəzində mənzil alıb yaşamaq istəyirdim. Fatehə mən həm də başqa bir tərəfdən yanaşmağa çalışırdım. Ədəbi mühitdə onun kimliyini, kamil mtəxəssis və kommersant olduğunu bildiyimdən istifadə etməyə  çalışırdım. Onunla hər görüşümdə ucuz tutulduğumu görürdüm.Təəssüf ki, bütün cəhdlərim boşa çıxırdı. İstər təhsil aldığım müddətdə, istərsə də iş yerlərimdə hamı mənə etibar edib inandıqları halda Fateh məni həndəvərinə yaxın buraxmırdı. Əlacsız qaldığımdan yenidən Bakı şəhərinə üz tutmuşdum.

   Məni  özündən kənarlaşdırmaqla Fateh nəinki  keçmişini, bu gününü və gəlıcəyini də uduzmuşdu. Əgər onun yanında işləsəydim ədəbi irsi itməz, özümə onun tərəfindən inamı artırarar və tüfeylilərdən, qanını içənlərdən az da olsa aralı saxlaya bilərdim və dərd-kədər içərisində dünyasını dəyişməz, heç olmazsa ortancıl oğlu bölgədə ailə sahibi olar, ömür sürərdi.... Məni özündən kənarlaşdırmağının səbəbini isə Fateh dünyasını dəyişəndən çox-çox illər sonra bildim.

Qan içənə hədəf oldu, övladları, səltənəti,

Tüfeyliyə qismət oldu, ehtiyatı, var-dövləti,

Zəlilərə şəkər  oldu, halal qanı, möcüzəsi, 

Tülkülərə donor oldu, sarı yurdu, pul kisəsi,

Xəyanətsiz  ömür sürmrək tüfeyliyə mümkündürmü?

Müəyyən işlərimlə əlaqər olarq  Xırdalan qəsəbəsinə gedəndə Biləcəri yoxuşunun başında avtobusda təsadüfən Fatehin ortancıl oğlu ilə rastlaşdım, hal-əhval tutdum. Çox aqressiv danışdığından onunla əlaqə saxlamaq istəmədim. Bununla belə o, böyük bacımın evinə gedib gəlirmiş. Evdə nə qədər ağır fiziki işlər olurmuşsa hamısına əl gəzdirərmiş. Doyunca ev xörəyi yeyib gedərmiş. Sonra öyrənə bildim ki, o, Biləcəri qəsəbəsindəki yataqxanada qalırmış. Kor bağırsaqdan əməliyyat olduğunu da öyrənə bildik. Fatehin bütün evladları-kicik oğlu da bizim ailəyə cox müsbət münasibətdə idilər. Fəzilət də, kiçik oğul da mən Bakının bir qədər kənar qəsəbəsində yaşayan dönəmdə daim bizə gəlib gedərdilər.  Sonra ortancıl oğulu necə oldu bilən, görən olmadı. 

Heç bir elmi titul, heç bir fəxri ad insan ləyaqətinin simvolu, ölçü vahidi, meyarı ola bilməz. İnsan ləyaqətinin simvolu Tanrı tərəfindən verilir və o insanın genində olur. İctimai qurulışların kəraməti ilə insan ləyaqəti müxtəlif yollarla - ali orden, medallarla, elmi titullarla,  fəxri adlarla qiymətləndirilə bilər, ancaq ləyaqətin simvolu, rəmzi ola bilməz. Elmli, boy-buxunlu, fiziki cəhətdən güclü olmaqla  ləyaqət simvolu və rəmzi kimi parlamaq, insan dəstəsinin önündə getmək  mümkünsüzdür. İctimai quruluşun forması dəyişəndən sonra elmi tituidan başqa qalan fəxri adlar adi əşyaya çevrilir. Bunlarla yanaşı ailədə onun dayağı olan maliyyə mənbəyində xəyanətkarlıq olmamalıdır. Xəyanətkarlıq istər-istəməz ailənin faciəsi ilə başa çatır, onun küllüyünü faktlardan göründüyü kimi  bu formada göyə sovurur.

Ləyaqət simvoluna, ləyaqət rəmzinə çevrilə bilən insanlar həyatda həmişə var. Bir qayda olaraq onlar elm fatehləri olurlar. Ancaq ictimai-siyasi quruluşların formasından asılı olmayaraq bu kimi insanların ya qayğısına qalınmır, ya da qəsdən onları elə bir çıxılmaz vəziyyətə salırlar ki, onlar istər istəməz xalqa əvəzsiz xeyir verə biləcək yaradıcılıqlarından uzaqlaşır və dünyalarını dəyişirlər.

Fatehin həyatı faciələrlə əlaqəli  olduğundan kimliyini və onun hansı istedadın sahibi olduğunu tam aydınlaşdırmağı vacib hesab edirəm. Alimlərlə Fatehin fərqi nədəydi? Alimlərlə uzun müddət işlədiyimdən onların hansı gücə, hansı səviyyəyə sahib olduqlarını müşahidə edə bilmişəm. Araşdırmamda çirkin yollarla, plagiatlıq üsulu ilə elmi titul alan,  yaradıcılıqdan xəbərsiz, ancaq-ancaq eimi titulu ilə dövlət büdcəsindən pul vəsaiti qapan, kağızbazlıqla məşğul olan alimlərdən yox, yaradıcılıqlarıı ilə xalqa əvəzsiz xeyir verən, xidmət edən alimlərdən söhbət gedir. Mətbuatda onların fəliyyətlərini qeyd etdiyimdən bu araşdımamda  adlarını təkrar cəkmirəm, əvəzsizliklərinə bələd olduğum fiziq,  tarix, iqtisad elmlərində xalqa xeyir verən, şairliyi ilə şeirə yenilik gətirən, bəzi hallarda fiziki varlığını təhlükə altında qoyan bir sıra alimləri yaxşı tanıyıram. Bu kimi alimlərin bəziləri elmi titulu omrünü tədqiqatlarda keçirib almış, bəziləri isə fitri isdadları hesabına qısa müddətə alıb. Fitri istedadı isə Tanrı onların Ana btnindəikən mayasına, geninə yerləşdirir. Məhz belə alimlər mənim gözlərimə astral aləmin parlaq ulduzları kimi görünürlər.

Fateh isə istər fəhlə ilə danışıb işləsin, istər alimlə söhbət edib fəaliyyət göstərsin, qarşısındakının  səviyyəli, yaradıcı bir insan kimi hörmətini qazanırdı. Heç bir sahədə onun acizliyi olmamışdı. Tanrı ona Ana bətnindəikən  yaradıcı alim titulunu vermişdi. O,elmi titul üçün elmi təşkilatların qapılarını döyməmiş, bir kimsəyə möhtac olmamış, elmi rəhbər tanımamışdı.      

İnsan ləyaqətinin simvolu, rəmzi, fitri qabiliyyət, məhz ağılasığmaz zəka, fəhm sahibi olan Fatehin çatışmayan cəhəti vardımı? Azəri türklərinin valideynləri övladlarını ailə sahibi etmək istəyəndə qarşıdakı ailənin kimliyini-əslini və nəslini öyrənir, irsi xəstəlikləri olub-olmaması haqqında məlumatı eldən, həkimlərdən aldıqdan sonra gənclərin izdivacına razılıq verirlər. O, əla şair, yazıçı və fəlsəfə elminin dərinliyinə bələd olsa da, ailə qurmaq istədikdə Anasının seçdiyi əsilli, nəsilli həqiqi gözəl ilə hesablaşmamış və onu bəyənməmiş (həmin bu qızı  çox sonralar qadın olan vaxtı-1961-ci ildə bolgənin kəndlərindəki kitabxana müdirlərinin bölgə mərkəzində keçirilən aylıq toplantısında tanıya bildım),  qızın mənlyinə, mənəviyyatına, dərkinin dərinliyinə, təfəkkür tərzinə, kimlərdən törədiyinə, geninə görə yox, özünün seçdiyi qızın dilavərliyinə, dəliqanlılığına, hər şeydə risqinə, iradına, təhsilinə, boy-buxununa,  əhəmiyyət verib məftun olmuşdu. O, ailə quranda bir əsas cəhəti - ”Qırağına bax bezini  al, Anasına bax qızını al” Atalar məsəlini unutmuşdu.

Yandığımdan Fatehin faciəsinə, keçirdiyi həyat tərzinə, fəlsəfəsinə və həmin əsilli, nəsilli gözələ gəraylı üstündə 140 misra, 4 hissədən ibarət “OLMAZ” adında şeir yazıb əvvəlcə müstəqil bir mətbuatda, sonra “GƏLSİN” adlı kitabımda dərc etdirmişdim. Həmin şeirin bir dördlüyü belə idi:

-Fatehiydi məclisində,Ulduzudu Kəbəsində, Billuruydu çeşməsində, Bu saflıqda ustad olmaz.

Həyatda və təcrübədə gördüklərimə əsalanıb bir həqiqəti etifaf etmək istəyirəm. Müəyyən məbləğdə maliyyə vəsaiti  olan hər bir insan imkanı dairəsində maddi cəhətdən çətinliyə düşən ən yaxınlarına-qardaşlarına və bacılarına maddi köməklik etməyə borcludur. Ancaq varidatını ən yaxınları ilə yanaşı heç kəsə etibar etməməlidir. Ona görə ki, yaxınının yanında yırtıcı, yalquzağın da oması danılmaz bir həqiqətdir.

Bəs Fatehin atası kim olub?  Onun istər Atası, istərsə də Anası geni sağlam insanlar olub. Fatehin atası - vüqar, məğrurluq rəmzi olan Fəxarət kişi heç vaxt insanlara yersiz dolaşan, günahsız insan öldürən yaramaz adamları bağışlamamış, dilini dinc qoymayıb qəbristanlıqda dəfn vaxtı sarsaqlayan beləsini elə qəbristanlıqda da haqqına çatdırmışdı. Ölümə ölümlə cavab vermişdi-özü də atıcı silahla. Ömrünün xəstə (yay fəslində həyətdə yatarmış) vaxtında onu məhv etmək istəyənlər həndəvərinə belə  yaxınlaşa bilməmişlər. Bunları Fatehin anası söyləmişdi. Həmin bu hadisəni başqaları da bilirdi. Çox təəssüf ki, Fatehin dünyasını dəyişməsilə Fəxarət kişinin nəsli bölgədən silindi.

                                                                                                                                  

  Sentyabr 2014-cü il

 

 

 

 

 

                                                 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam