Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Bu da fransızsayağı demokratiya...

bu-da-fransiz-demokratiyasi

Fransada Valeri adlı qadın ölkə Prezidenti Emmanuel Makron haqqında feysbukda yazdığı paylaşımda “Bu zibil saat 13:00-da çıxış etməyə hazırlaşır... Bu murdarı hər dəfə televizorda görürük” dediyi üçün həbs oluna da bilər.

Yenixeber.org: O, iyunda keçiriləcək məhkəmədə təqsirli bilinərsə, 12 min avro cərimələnmə ehtimalı var.

50 yaşlarında olan qadın 2018-2019-cu illərdə Makronu ilk mandatı zamanı sarsıdan “Sarı jiletlilər” etirazlarının tərəfdarı olub.

Prokuror bildirib ki, o, “respublika prezidentini təhqir etməkdə” ittiham olunur və iyunun 20-də Sen-Omerdə mühakimə olunacaq.

Fransanın “La voix Du Nord” qəzetinə danışan Valeri səhər saatlarında polisin onu həbs etmək üçün evinə gəldiyini biləndə çaşdığını söyləyib.

"Mən onlardan bunun zarafat olub-olmadığını soruşdum, heç vaxt həbs olunmamışam. Mən bir nömrəli xalq düşməni deyiləm", - deyə qadın bildirib.

Qeyd edək ki, pensiya islahatına  qarşı davam edən etiraz aksiyaları Fransada sosial gərginliyi artırıb və Makron hökuməti geri çəkilməkdən imtina edib.

Çərşənbə günü polislə etirazçılar arasında yeni toqquşmalar başlayıb. Həmkarlar ittifaqları aprelin 6-nı tətil və etirazların yeni günü elan ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="655" height="482" src="https://www.youtube.com/embed/EZsVJ-uQOnk" title="Bu yüksəkvəzifəlilər İsrailin hücumunda həlak oldu | Yeni məlumatlar" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam