Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PENTAQON-ROTŞİLD AİLƏSİ SAVAŞI ŞİDDƏTLƏNİR… –"Siyasət sehrbazı" Avropada hökumətləri yıxa-yıxa gəlir - ARAŞDIRMA

Ergün Diler,

“Takvim”, Türkiyə, 16 yanvar 2019-cu il

 

Yenixeber.org: Köhnə masa dağıdıldığı və yenisi qurula bilmədiyi üçün sancı da, gedən müharibə də böyükdür. Kimin qazanacağını görəcəyik. İşimiz gördüyümüzü sizə çatdırmaqdır. Bunun üçün çalışırıq. Əsən rüzgarı fırtınadan öncə təxmin etməyə cəhd edirik. Oynanan oyunları yazıram, oynayan aktyorları sıralayıram, səhnələrdən söz açıram. Çünki böyük bir qırılmanın içindən keçirik. Tarixi doğru öyrənmədiyimiz üçün də çətinlik çəkirik. Çünki buralarda köhnə masanın quruluşu haqqında yazan da yoxdur. Kimsə bir şey bilmədən elə gedirdi. Yəni kor uçuşu kimi… Nə isə, işimizə baxaq… Bunları daha öncə də çox yazdım.

Pentaqon, Stiv Bennonla Avropanı dizayn edir. Rotşild ailəsinin suverenliyinin altında yatan böyük güc Avropa Kraliyyət Birliyidir. Bennon, Pentaqonla bu struktura hücum edir. Bu struktur böyük yara alıb və yıxılmaq üzrədir.

Bennon, 2018-ci ildə silah lobbisinin dəstəyilə Avropa turuna çıxdı. İtaliya, İspaniya, Almaniya, Belçika, Macarıstan kimi ölkələrə gedən Bennonun təsirli olduğunu müşahidə etdik, çox hadisədə gördük. Açığı, bəziləri hadisələri anlamaqda çətinlik çəkdi. Lakin hər şey ortada. Bennon, İtaliyada qurula bilməyən hökumətin qurulmasını təmin etdi. Ardınca İspaniyada Rajoy hökumətini yıxan da, sadəcə bir həftə içində yeni hökuməti quran da Bennon idi. Bu hökumət onun öncəlikli seçimi deyildi, lakin qurulması lazım idi.

Almaniyada da qurula bilməyən hökumət Bennonun sehirli əsası ilə qurulurdu. Rotşild ailəsinin 100 ildir Avropada hökm etdiyi nizam yıxılırdı. Kreslodan qalxarkən belə təngnəfəs olan Bennon, Rotşild ailəsini yıxmaqda qərarlı idi. Çünki ekstremizm, onun sağçı və solçu önəmli şəxsləri daima Rotşild ailəsi tərəfindən idarə edilirdi. 10 min dollarlıq kostyum geyən solçu ola bilməzdi. Ancaq Rotşild ailəsi bu anlayışı da yıxır, kapitalizmlə solçuluğu bir araya gətirirdi. Kapitalizmə qarşı çıxanlar da 10 min dollarlıq kostyum geyirdi.

Stivə görə, Belçika və Macarıstanda da yeni nizam yaratmaq lazımdır. Yaxınlarda Belçikada da hökumət dəyişikliyi olacaq. Stiv Bennon, liberalların liderlik etdiyi Belçika hökumətinin yox olacağını söylədi. 18 dekabr 2018-ci ildə Belçika baş naziri Çarlz Mişel istefa verdi, 3 gün sonra da Kral Filip istefanı qəbul etdi. Ancaq Çarlz Mişel hələ bir müddət vəzifədə qalmalıdır.

İspaniyada da hökumət dəyişikliyi üçün Bennon düyməyə basdı. Orada yeni dövrdə ifrat sağçı Voks ölkə rəhbərliyində yer alacaq.

Avropada bir çox ölkənin millətçi cərəyanları Pentaqondan idarə edilir. Yeni dövrdə Fransa da ifrat sağ qüvvələr vasitəsilə idarə olunacaq. Çünki Rotşild ailəsinin İngiltərədən sonra ən güclü olduğu ölkə Fransadır. Bennon, Fransada ifrat sağın yeni dövrdə ölkəni idarə edəcək sistemini qurdu. Bir neçə həftə bundan oncə keçirilən rəy sorğusuna görə, Bennonun gücləndirdiyi Le Pen liderliyindəki Milli Birlik Hərəkatı ən güclü partiyadır. Stiv Bennon, “Populist – millətçi üsyan dünyanın yeni fenomeni olacaq” deyib. Burada işarə etdiyi “üsyan”la “sarı jiletlilər”i nəzərdə tutur. O, Avropadakı Açıq Cəmiyyət Fondundan istifadə edərək, küçəyə çıxardığı “sarı jiletlilər”i  göylərə qaldırıb.

Rotşild ailəsinin çox önəmli şəxslərindən biri Makrondur. Ailəyə görə, Fransa lideri Makrondan sonra gələn, gələcəyi olan ən önəmli siyasətçi isə fransız nazir (dövlət katibi – tərc.) Marlen Şiappadır. Bəs, Şiappa nə dedi? O dedi ki, ““Sarı jiletlilər”i dəstəkləyən xarici güclərin kim olduğunu bilirik. “Sarı jiletlilər” hərəkatı tamamilə xarici güclərin Avropanı işğal etməsi üçün çıxardığı üsyan hərəkatıdır”. Beləliklə, Şiappa Pentaqonu, Stiv Bennonu və Soros ailəsini işarə etdi.

Marlen Şiappanın ittiham etdiyi Stiv Bennonun İtaliya siyasəti üçün hazırladığı Baş nazir müavini, Beş Ulduz Hərəkatı lideri Luici Di Mayo““Sarı jiletlilər” bizim Beş Ulduz Hərəkatı ilə eyni ruhda küçəyə çıxır. Yeni bir Avropa doğur. Yeni nizam gəlir. “Sarı jiletlilər” demokratiyanın Avropası üçün hayqırır” dedi.

Bu gün Avropa Birliyinin (AB) 28 ölkəsindən 13-nün idarəçiliyi Pentaqonda, yəni Stiv Bennondadır. O, 2019-cu ildə daha 5 AB ölkəsini sistemin içinə alacaq. Planları budur.

Yaxşı, AB üzvü olmayan ölkələr necə, onlar Bennonun maraq dairəsi xaricindədir? Əlbəttə, xeyr. Xüsusilə də Türkiyə

Stiv Bennon Brüsseldə çox önəmli türklərlə görüşdü. Kimlərlə görüşdüyü, nələr danışıldığı barədə yaxında yazarıq.

Stiv Bennonun Türkiyə əleyhdarı olduğunu bilməyən yoxdur. Rəsmən Ankara düşmənidir. Bennon, “Türkiyə İrandan daha təhlükəlidir” deyəcək qədər irəli gedən biridir. Ancaq rəsmi kimliyi yoxdur. Təsiri və səlahiyyəti isə böyükdür. Bennon, “Türkiyədə çox önəmli siyasətçilər hələ pərdə arxasındadırlar. Yaxında onların səhnəyə çıxma zamanı gələcək” deyərkən, Ağ Ev Administrasiyasının sabiq rəhbəri Rayns Pribusa güvənir. O, yunan əsilli və bir çox önəmli türk dostu olan güclü bir şəxsdir. Həqiqətən, son günlərdə buralarda Bizans fırtınası var. Yunanca şüarlar var. Görəsən, nə üçün? Məgər bu, maraqlı deyilmi? Düşünün, görək…

Serbiya, Makedoniya, Monteneqro və Albaniya kimi AB üzvü olmaq istəyən ölkələr də, eynilə Türkiyə kimi, Bennonun hədəfindədir. Bu ölkələr üçün də xüsusi ifrat sağçı şəxslərlə birgə hərəkət edən Bennonun gücü, əlbəttə, Pentaqondan gəlir. Onun tələblərinə qarşı çıxan hər bir ölkə “sarı jiletlilər”lə tanış olacaq. “Sarı jiletlilər” Bennonun dünya siyasətinə yön vermək üçün hazırladığı ən önəmli layihədir.

Təbii, Bennon bu qədər güclü addımlar atarkən, Rotşild ailəsi də AB-nin öz gücünü qorumasını istəyir. AB güclü olduğu müddətcə, Rotşild ailəsi də güclü qalacaq. Rotşildlər də qorxub çəkinən bir güc deyil. Ağıl dolu həmlələrlə cavab verə biləck təcrübəyə sahibdirlər. O güc onlarda artıqlaması ilə var. O səbəblə, Avropanın gələcəyi “Brexit”dən də asılıdır. İngiltərə “Brexit”lə bağlı çox önəmli (sənədlərə – tərc.) imzalar atacaq. İngiltərənin o imzaları atması üçün şənbə günü “sarı jiletlilər” ilk üsyanı başlatdılar. Bunu daha öncə söyləmiş və yazmışdım.

Çünki baş verənlər ortada. Onları görmək üçün jurnalist olmağa ehtiyac yoxdur. İngiltərə hər dəfə tərəddüd etdikdə, “sarı jiletlilər”in reaksiyası ilə qarşılaşacaq. Geri durduğu an isə ən böyük qarışıqlığı yaşayacaq. İngiltərə, İran qədər çıxılmaz durumdadır.

İngiltərə AB-dən ayrılarsa, Rotşild ailəsi ona tarixinin ən böyük iqtisadi böhranını yaşadacaq. Kraliçə də, ingilis “dərin dövlət”i də çox çətin durumdadır. İngiltərədəki bütün banklar qərarı gözləməkdədirlər. İngiltərə AB-dən ayrıldığı an trilyonlarla dollarlıq valyuta və qızıl Çinə axacaq. Britaniya sarsılacaq.

Britaniya pərdə arxasında Pentaqonla anlaşaraq irəliləyərsə, Rotşildlər Avropadan çıxarılacaq, Çinə gedəcək. Çünki başqa yer qalmayacaq, tapa bilməyəcəklər.

“Brexit”lə İngiltərə, “sarı jiletlilər”lə də Fransa çox önəmlidir. Ailə qalib gələrsə, ABŞ buralardan geri gəlməmək şərtilə gedər. Çökər. Oyun ortada, izləyin, kef çəkin…

Ancaq rüzgarın buraya (Türkiyəyə – tərc.) gəlməyəcəyini də düşünməyək. Çünki qarşımızda mövqe tutanlar məlumdur.Tərcümə Strateq.az-ındır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam