Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Borel Çinin təşəbbüsünü tənqid edib -"Bunu "sülh planı" adlandırmaq olmaz"

Yenixeber.org: Bu qənaətə öz bloqunda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel gəlib.

Onun fikrincə, Çin sənədində qurbanla təcavüzkar eyni səviyyəyə qoyulur.

“Əslində, bu, sülh planı deyil və əsasən Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzilərini bölüşürük, lakin vacib olanlar çatışmır... artıq aydındır ki, əsas problem ondan ibarətdir ki, bu (Çinin sülh planı – red.), tərəfləri bərabər mövqeyə qoyaraq təcavüzkarı qurbandan fərqləndirmir”, - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Diplomat onu da bildirib ki, beynəlxalq ictimaiyyətin böhranlara reaksiyası ya qeyri-adekvatdır, ya da əngəllənir:

“Liderlik və birlik yetərli deyil. Rusiya müharibəsi və Çinlə ABŞ arasındakı gərginlik bizim tez-tez “beynəlxalq qaydalara əsaslanan nizam” adlandırdığımız quruluşu parçalayır”, - J. Borel qeyd edib.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi fevralın 24-də Ukraynadakı müharibənin həlli planını açıqlayıb. Rəsmi Pekin 12 bəndi sadalayır ki, bunlar arasında “soyuq müharibə mentalitetinin” vazkeçmə, suverenliyə hörmət, atəşkəs və sülh danışıqlarının başlanması daxildir.

Pekinin təşəbbüsü Rusiya XİN tərəfindən dəstəklənib. Ukrayna Prezidenti Volodimir Zelenski Çinin təklifinin sülh planı deyil, müharibə haqqında düşüncələrin ifadəsi olduğu qənaətindədir. ABŞ Prezidenti Cozef Bayden isə bu planın ancaq Rusiya üçün yararlı ola biləcəyi fikrindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam