Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

ÇİN RUSİYA-UKRAYNA MÜHARİBƏSİNƏ QOŞULUR... -Zelenski və Stoltenberqdən xəbərdarlıq

Yenixeber.org: Putinin Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşüb.

Bu görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq hərbi ittifaqın Çinin Ukraynadakı müharibəsində Rusiyaya dəstək verməyi planlaşdırdığına dair "bəzi əlamətlər" gördüyünü deyib və Pekini beynəlxalq hüququ pozacaq addımdan əl çəkməyə çağırıb.

Çinin Rusiyaya silah və digər dəstək verməyə hazır olduğuna dair hər hansı əlamətin olub-olmaması ilə bağlı suala Stoltenberq belə cavab verib: “Biz onların Rusiyaya dəstək verməyi planlaşdırdıqlarına dair bəzi əlamətlər gördük və təbii ki, NATO müttəfiqləri buna qarşı xəbərdarlıq edirlər, çünki bu, baş verməməlidir. Çin Rusiyanın qeyri-qanuni müharibəsini dəstəkləməməlidir”.

Qeyd edək ki, bir müddətdir, Putinin Çindən hərbi dəstək almaq istədiyi bildirilir və hərbi analitiklər bunu “ən pis ssenari” kimi qiymətləndirirlər. Çünki bu halda həm Ukrayna müharibəsi daha qanlı mərhələyə keçəcək, həm də iki qlobal güc - ABŞ və Çin üz-üzə gələcək.

Bu vəziyyəti "qırmızı xətt" kimi xarakterizə edən "Daily Mail" qəzeti yazır: “Qanla çəkilmiş qırmızı xətt var. Çinlilər Rusiyaya silah tədarük etməyə başlasalar, o xətti keçəcəklər”.

Ukrayna lideri Zelenski bu yaxınlarda bəyan edib ki, Çinin Ukraynada Rusiyaya dəstəyi III Dünya müharibəsi demək olacaq.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da III Dünya müharibəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq edib.

ABŞ prezidenti Co Bayden də III Dünya müharibəsinin heç vaxt bu qədər yaxın olmadığını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam