Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Makron Paşinyana dəstək vəd edir -“Onun bəyanatlarının siyasi proseslərə ciddi təsiri yoxdur”

Makronun çıxışının əsas hissəsi Rusiya-Ukrayna münaqişəsinə həsr olunsa da, o, Cənubi Qafqazdakı vəziyyətə də toxunub: “Bir neçə gündən sonra Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzünün ildönümüdür. Biz yekun nəticə görməsək də bəzi perspektivləri bölüşə bilərik. Təbii ki, çıxışımın əsasını Rusiyanın Ukraynaya qarşı açdığı müharibə təşkil edəcək, lakin qeyd etməliyəm ki, biz Qafqazda, Yaxın Şərqdə, Afrikada gedən müharibələri, terrorizmlə mübarizə, nüvə təhlükəsizliyi və digər məsələləri unutmuruq. Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos toxumu səpən “Vaqner” qrupunun necə bir qüvvə olduğunu izah etmək, aydınlaşdırmaqdır”.

Makron daha sonra deyib: “Biz necə etibar edə bilərik ki, Qafqazın çətinliklərini yeni müstəmləkəçi Rusiya həll edə bilər? Biz onları dəstəkləməkdə davam edəcəyik, bunu dostum Paşinyanla birlikdə olaraq deyirəm”.

Belə görünür ki, Fransa Rusiyanın for-postu olan Ermənistana sahibliyi ələ keçirməyə çalışır. Bu məqsədinə çatmaq üçün isə sorosçu Paşinyandan istifadə etmək istəyir.



Makronun çıxışlarına Rusiyadan hələlik reaksiya verilməyib. Politoloq İlqar Vəlizadə oxu.az-a bildirib ki, Rusiya Fransaya müstəqil oyunçu kimi yanaşmır: “Ona görə burada daha çox Rusiya ilə Qərb arasındakı münasibətlərdən danışmaq lazımdır. İki böyük güc arasında gərginlik qalacaq, strateji baxımdan vəziyyət dəyişməyəcək. Rusiya və Qərb arasındakı gərginliyin açıq müharibəyə sürüklənməsinin ehtimalı böyük deyil. Qərb də, Rusiya da müəyyən ortaq məxrəcə gəlməyə çalışır ki, buradan başlayaraq danışıqlar aparsınlar. Fransa isə bu məsələlərdə müstəqil rol oynamır. Makronun addımlarının və bəyanatlarının siyasi proseslərə ciddi təsiredici tərəfi yoxdur. Düşünürəm ki, Rusiya Makronun fikirlərinə ötəri baxacaq”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam