Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ukraynanın ardınca Azərbaycan ərazisi POLİQONA ÇEVRİLƏ BİLƏR -Rusiya bunu HƏZM ETMƏYƏCƏK

"Rusiya Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin pozulmasına baxmayaraq, hazırda kimisə cəzalandırmaq üçün uyğun vəziyyətdə deyil".

Yenixeber.org: Bu haqda amerikalı analitik İrina Tsukerman danışıb.

O bildirib ki, Rusiya Ermənistanı cəzalandırmaq üçün artıq yollar axtarır:

"Rusiyanın bəyanatın müddəalarının pozulmasına görə cəza vermək səlahiyyəti yoxdur. Bu, ancaq sülh müqaviləsi bağlayacaq güclərə - Ermənistan və Azərbaycana aid ola biləcək səlahiyyətdir.

Bununla belə, Fransa jandarma heyətinin sərhəddə yerləşdirilməsi bir neçə hadisəyə şahid olmamızla nəticələnə bilər:

⚫️ Rusiya sülhməramlılarının istənilən müdaxiləsi polislə qarşıdurma ilə nəticələnə bilər

⚫️ Fransaya məxsus polis qüvvələri sülhməramlılar tərəfindən müqavilə şərtlərinin davamlı pozulmasının qarşısını almaqda faydalı ola bilər

⚫️ Yaxud da jandarma qüvvələri qanun pozuntularına göz yummaqda Rusiya sülhməramlılarının yanında ola, Laçın yolundakı azərbaycanlı mülki etirazçıları sıxışdırıb azərbaycanlılara problem yarada bilər.

Azərbaycanda polisin gördüyü işdən və hərəkətlərinin siyasi baxımdan sərfəli olub-olmamasından asılı olaraq hər hansı problemin yaranmaması və ya sonradan bunu etmək üçün əvvəldən polis qüvvələrini arzuolunmaz elan etmək variantları var.

Görülə bilən başqa bir tədbir o ola bilər ki, Azərbaycan öz müttəfiqlərini Aİ missiyasını balanslaşdırmaq üçün jandarmasız, özünün də iştirakı ilə bərabər müşahidəçilərdən ibarət beynəlxalq mərkəz təşkil etməyə çağıra bilər. Bu addım ya Aİ-ni bütün bunları yenidən nəzərdən keçirməyə vadar edə bilər, ya da onlar kompromis qərarına gəlməli olacaqlar. Bütün bu proseslərlə bağlı passivlik nümayiş etdirmək üçün heç bir səbəb yoxdur".(milli.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam