“ORDUMUZ ZƏNGƏZUR YOLUNU NƏZARƏTƏ GÖTÜRMƏLİDİR!...” –“İran hərbi müdaxilə üçün çoxdan fürsət gözləyir”
Yenixeber.org: Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Ermənistan və İranın Azərbaycan-Ermənistan sərhədlərində təxribatlara hazırlaşdıqları barədə məlumatlar yayılır. Siz necə düşünürsünüz, indiki ərəfədə belə təxribatların törədilməsi nə dərəcədə realdır?
- İlk növbədə Türkiyədə baş vermiş zəlzələdə onminlərlə insanın həyatını itirməsinə görə bütün Türk dünyasına dərin hüznlə başsağlığı verirəm. Düşmənlər sevinməsin! Əminəm ki, Türkiyə və Türk dünyası bu sınaqdan daha da güclənmiş və bütövləşmiş çıxacaq.
- Belə bir təxribat baş verərsə, bizim cavabımız necə olmalıdır?
- Bu halda onlara ciddi əks-zərbə vurulmalı, Qarabağda erməni sakinlərin yaşadığı ərazilərimizdə dövlət suverenliyi bərpa olunmalı, nəhayət ki, bölgəyə inkişafa yol açacaq sülh gətirilməlidir. Bunun üçün dərhal Daxili Qoşunlar Xankəndiyə daxil olmalıdır. Zəngəzurdan Naxçıvana, 10 noyabr 2020-ci il üçtərəfli sazişə uyğun olaraq açılmalı olan yolların tikintisini təmin etmək məqsədilə tədbirlər görülməlidir. Yəni avtomobil və dəmir yollarının bərpa edilməli olduğu ərazi Silahlı Qüvvələrimiz tərəfindən müvəqqəti nəzarətə götürülməli və müəyyən təminatlar əsasında qeyd etdiyim sazişə uyğun olaraq, yolların təhlükəsizliyini təmin etməyə məsul olan Rusiyanın nəzarətinə verilməlidir. “Azpolitika”