Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Hindistan Cənubi Qafqaza Ermənistanın müttəfiqi kimi daxil olur”

“Hindistan Cənubi Qafqaza    Ermənistanın müttəfiqi kimi    daxil olur”
“Hindistanın həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri var. İki ölkə arasında Qarabağla bağlı ciddi fikir ayrılıqları mövcuddur. 2020-ci ildə baş verən müharibədən sonra Ermənistan Azərbaycandan qorxduğu üçün Hindistandan dəstək almaq qərarına gəlib”.
Yenixeber.org: Bu sözləri fəlsəfə elmləri doktoru, Mahatma Qandi adına Mərkəzi Universitetin (Hindistan) dosenti Aslam Xan deyib. O bildirib ki, 2020-ci ildə Hindistan və Ermənistan arasında 40 milyon ABŞ dolları dəyərində radar sazişi, ardınca 2022-ci ilin oktyabrında raket və sursatların tədarükünə dair razılaşma imzalanıb.
Ekspretin fikrincə, Hindistanın bu mövqeyi Türkiyə və Pakistanın ambisiyalarına qarşı qıymətləndirilir. Azərbaycan, Pakistan və Türkiyə silahlı qüvvələrinin Bakıda keçirilən “Üç Qardaş-2021” təlimləri Cənubi Qafqazdakı regional və qlobal oyunçuların diqqətini cəlb edib.
“Hindistan bölgəyə Ermənistanın müttəfiqi kimi daxil olub, çünki Türkiyə Hindistan konstitusiyasının Cammu və Kəşmir əyalətlərinə xüsusi status verən 370-ci maddəsinin ləğvinə tənqidi yanaşıb. Bakı və Ankara müxtəlif beynəlxalq forumlarda, o cümlədən BMT-də Pakistanı dəstəkləyiblər. Ermənistan isə Kəşmirlə bağlı Hindistanın mövqeyini dəstəkləyir. Bu səbəbdən Hindistan da Ermənistanın maraqlarına adekvat cavab verir”, - hindistanlı politoloq bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam