Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Ukrayna İranla diplomatik münasibətləri kəsməyə hazırdır -RƏSMİ

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna ərazisini atəşə tutmaq üçün Rusiyaya pilotsuz təyyarələr verən İranla diplomatik münasibətləri pozmaq qərarı istənilən vaxt verilə bilər.

 “Yenixeber.org”  ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, diplomatik idarənin rəhbəri bu barədə BBC Ukraynaya müsahibəsində bildirib.

Kuleba bildirib ki, o, artıq prezident Vladimir Zelenskinin baxılması üçün müvafiq təklif təqdim edib.

“Bu sual tamamilə açıqdır. Qərar İranın gələcək davranışından asılı olaraq istənilən vaxt qəbul edilə bilər”, - deyə, nazir bildirib.

Kuleba İsfahandakı hərbi zavodda baş verən partlayışların arxasında kimin olduğunu bilmədiyini vurğulayıb. Eyni zamanda, nazir qeyd edib ki, İran özü Rusiyaya kamikadze dronları tədarük etməklə bir çox ölkələrlə münasibətlərdə sərhədi keçib.

“Biz tarixən İrana pis heç nə etməmişik. Məhz onlar Rusiyanı döyüş kamikadze dronları ilə təchiz etməyə başladılar. Onlar sərhədi keçdilər. Bu, İrana siqnalımızdır - Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, sizi əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydadan qat-qat artıq olacaq.

Xatırladaq ki, yanvarın 28-də axşam saatlarında İranın İsfahan şəhərindəki müdafiə zavodunda güclü partlayışlar baş verib. Bundan əlavə, ən azı beş şəhərdəki digər hərbi və sənaye obyektləri naməlum PUA-lar tərəfindən vurulub. Bir müddət sonra İran hakimiyyəti hücumda İsraili günahlandırıb.

Bundan əvvəl Hərbi Hava Qüvvələrinin sözçüsü polkovnik Yuri İqnat bildirib ki, İran pilotsuz təyyarələrdən başqa Rusiyaya ballistik raketlər də ötürə bilər.


Tərcümə etdi: Səadət Sultan

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam