Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

ABŞ və Almaniya Ukrayna ilə bağlı razılığa gələ bilmədilər

 

Pentaqonun rəhbəri Lloyd Ostin Almaniyanın müdafiə naziri Boris Pistoriusu Kiyevə “Leopard” tanklarının tədarükünə razılıq verilməsinin zəruriliyinə inandırmağa çalışsa da, bir nəticə hasil olmayıb.

Yenixeber.org: Lloyd Ostin və Boris Pistorius arasında görüşdən əvvəl tankların tədarükü məsələsində Vaşinqtonda irəliləyiş əldə edəcəklərinə əmin olsalar da, məsələ hələ də həllini tapmayıb.

ABŞ Müdafiə Nazirliyindəki mənbə bildirir ki, Ostin və Pistorius cümə axşamı keçirilən görüşdə hər bir tərəfin Kiyevə tankları ilk ötürə bilməyəcəyi arqumentlərini açıqlayıb.

Ostinin sözlərinə görə, Almaniyanın “Leopard 2” tankları Ukrayna üçün daha uyğundur, çünki onlar ABŞ-nin “Abrams” tanklarından daha az yanacaq sərf edir, saxlanması daha asandır və bütün Avropada geniş istifadə olunur.

ABŞ Ukraynaya “Abrams” tanklarını verməkdən imtinasını münaqişənin gərginləşməsi riski ilə deyil, logistika və texniki xidmətlə bağlı çətinliklərlə izah edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam