Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Ermənistan mina terroruna görə gec-tez cavab verməli olacaq" -RƏY

 

“İkinci Qarabağ müharibəsinin iki ildir başa çatmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı hərbi cinayətləri hələ də davam edir”.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, mina terrorunun bütün məsuliyyəti rəsmi İrəvanın üzərinə düşür və onlar Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar: “Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzaladı. Ermənilər Kəlbəcəri boşaldan zaman humanitar səbəblərdən onlara 10 gün əlavə vaxt verildi. Ermənilər həmin vaxtı torpaqlarımızda mina basdırmağa sərf etdilər. Bu, Azərbaycanın humanizminə qarşı ermənilərin nümayiş etdirdiyi cinayətkarlıq, nankorluq idi. Ermənistanın bu günə qədər mina xəritələrini Azərbaycana verməməsi yenə də dinc əhalimizə və hərbçilərimizə qarşı mina terrorunun davam etməsinə gətirib çıxarır”.

Deputat Qərb dövlətlərini Azərbaycanın üzləşdiyi mina probleminə ikili standartlarla yanaşmaqda ittiham edib.

“Məsələ ondadır ki, elə bu günlərdə ermənilərin ekoloji terrorunu dayandırmaq üçün ictimai fəallarımızın aksiyasında humanitar tələblərin pozulduğunu iddia edən Qərb dövlətləri bu vaxta qədər Ermənistanın mina terroruna bir dəfə də olsun münasibət bildirməyiblər, mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana çağırış etməyiblər. Sonuncu mina partlaması zamanı 4 mülki şəxsimiz, 3 əsgərimiz yaralandı və 1 gizirimiz şəhid oldu. Həmin minaları basdıran cinayətkarlar gec-tez cəzalarını alacaqlar”, - H.Babaoğlu vurğulayıb.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 əməkdaşı piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam