Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ağ Evin planındakı şifrəli məqamlar -Biz İranı azad edəcəyik..."

 “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”.

Yenixeber.org: ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı belə deyib. Dövlət başçısı görüş keçirən vaxt onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən plakatlarla küçələrə çıxıb. C.Bayden İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlər haqqında ətraflı məlumat verməyib. ABŞ-ın Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib. ABŞ Prezidentinin sözləri rəsmi Tehranın sərt reaksiyası ilə qarşılanıb. İran Prezidenti İbrahim Rəisi Baydenə cavabında deyib:Bir neçə saat əvvəl öyrəndim ki, ABŞ Prezidenti bəlkə də fikri yayındığı üçün açıqlama verib. O, "Biz İranı azad etməyi hədəfləyirik",- deyib. İran 43 il əvvəl azad edilib və sisin əsarətinizə düşməməkdə qərarlıdır".
Ancaq Prezident Baydenin açıqlaması və Milli Təhlükəsilik Şurasının bu məsələ ilə bağlı susmağa üstünlük verməsi ABŞ-ın İrana dair gizli planının olduğunu göstərir. Rəsmi Vaşinqtonun hansı addımlara atacağı hələlik məlum olmasa da, artıq Co Bayden İran rejiminə qarşı sərt tədbirlərin görüləcəyinin anonsunu verib. Bu isə daxildə etiraz hərəkatının güclənməsini və rejimin çöküşünü sürətləndirə bilər.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında İranın ABŞ-ın hədəfinə çevrildiyini deyib:
"İranın azad olunması" planı sanksiyaların tətbiqindən başlayaraq hərbi əməliyyatların keçirilməsinə qədər bütün vasitələri əhatə edə bilər. İranın azad olunması cəmiyyətin İslam dini adı altında fəaliyyət göstərən irticaçı, mürtəce rejimdən xilas olması deməkdir. İraqla müharibədən sonra İran cəmiyyətinin apardığı mübarizəinin əsasını "Azadlıq, Ədalət" prinsipi təşkil edib. İkincisi, İran ictimiyyəti milli hüquqların, insan hüquqlarının tapdanmasına son qoymağa çalışır. Vətəndaşlar İran rejiminin əlində alətə çevrilmiş bir sıra insanı dəyərlərin xilas olmasını istəyirlər. Eləcə də, İran bölünmüş millətlər həbsxanasıdır.
İranın azad olunması bölünmüş millətlərin azad olunmasıdır. ABŞ-ın bunu necə edəcəyi ilə bağlı suala gəlincə, müxtəlif variantlardan istifadə oluna bilər. İlk növbədə, İrana qarşı sanksiyalaraın tətbiq ediləcək. ABŞ İrana qarşı 1990-cı illərdən bəri sanksiyalara tətbiq edir. Bu qadağaların əksəriyyəti İranın nüvə proqramı ilə bağlıdır. Növbəti sanksiyalar paketi insan haqlarının pozulması, Rusiyaya hərbi yardımların edilməsi və sairə ilə bağlı olacaq. Bundan başqa, sanksiya tətbiq edilmiş sahələr üzrə İranla əməkdaşlıq edən dövlətlər də bu embarqolara məruz qala bilər. Digər tərəfdən, İran rəsmilərinin xarici səfərlərinə sanksiya tətbiq edilməsi mümkündür.
Yəni İran hakimiyyəti təcrid oluna bilər. Həmçinin, İran ordusuna və İslam İnqilabı Keşikçiləri Qvardiyasına sanksiya tətbiq edilə bilər. Çünki ABŞ SEPAH-ı terrorçu təşkilat elan edib. Deməli, perspektivdə ABŞ-ın İnqilab Keçikçiləri Qvardiyasına qarşı sanksiyaları genişləndirəcəyi istisna edilmir. Bu qadağalara ABŞ-ın Avropa İttifaqı, Kanada, Asiyadakı müttəfiqlərinin qoşulması da mümkündür. İnsan haqlarının pozulmasına görə İran bir sıra beynəlxalq humanitar təşkilatlardan çıxarıla bilər”.
Ekspert bildirib ki, Rusiyaya tətbiq olunan sanksiyaların oxşarı İranı da gözləyir:
“Məsələ BMT Təhlükəsizlik Şurasına çıxarıla bilər və İrana sanksiyaların tətbiqi ilə bağlı yeni əsaslar gündəliyə gətirilər. Məlumdur ki, İran qadın hüquqlarını pozduğuna görə BMT-nin təşkilatından xaric edilib. İrana qarşı beynəlxalq səviyyədə sanksiyalar gündəmə gətiriləcək. Ən sonuncu aksiya İrana qarşı hərbi əməliyyatların keçirilməsi ola bilər. Bu regionda hərbi əməliyyatların keçirilməsi ilə bağlı ABŞ-ın təcrübəsi var. İraqda, Suriyada, Əfqanıstanda bunun şahidi olmuşuq.
Ancaq tezliklə hərbi aksiyaya əl atmağa ehtiyac olmayacaq. Çünki Suriyadan, İraqdan fərqli olaraq, İranda hərbi qüvvələr, xüsusilə də İnqilab Keşikçiləri Qvardiyası rejimə dəstək verir. Hesab edirəm ki, bir müddətdən sonra İran hakimiyyəti daxilində parçalanmalar müşahidə olunacaq. İranda etiraz aksiyaları hazırda müxtəlif şəkildə görünür. Məsələn, İran hakimiyyətinin təmsilçisi olan din xadimlərinin əmmamələrinin çıxarılaraq yerə atılması, onlara qarşı fiziki təzyiqlərin göstərilməsi hakimiyyətin daxilində xaos yaradacaq. Çünki rejim öz qüvvələrini müdafiə etməkdə aciz görünür. Hər imam cümənin mühafizəsi üçün ayrıca silahlı qüvvə ayırmaq mümkün deyil.
Ona görə də bu proses uzun çəkə bilməz. Digər tərəfdən, Şiraz şəhərinin Şahçeraq məqbərəsində baş vermiş terror aktı İranın öz vətəndaşlarının təhlükəsiliyini təmin etməkdə aciz olduğunu göstərdi. Bu problem böyüyə bilər. İran hakimiyyətinin ayrı-ayrı nümayəndələrinə qarşı silahlı terror aktları hələ törədilmir. Amma gələcəkdə belə halların olacağı istisna edilmir. İranda hakimiyyətə qanla gələn teokratik rejim ola bilsin ki, qanla da gedə bilər. Ona görə də ABŞ-ın sanksiyalar tətbiq etməyə və hərbi əməliyyatlar keçirməsi üçün əsası var. Bunun üçün ən vacib əsas ABŞ-ın İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilat kimi tanıması ilə bağlıdır. SEPAH-ı tərksilah etmək üçün ABŞ-ın İranda hərbi əməliyyat keçirmək imkanı var.
ABŞ belə əməliyyatları Səddasm Hüseyn rejiminə, İŞİD-ə qarşı keçirib. Üstəlik, İranın nüvə silahı məsələsi qeyri-şəffaf və şübhəli olaraq qalır. Eyni zamanda, Tehran hakimiyyətinin beynəlxalq sanksiyalardan yan ötərək Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya pilotsuz uçan aparatlar və raketlər verməsi də İrana qarşı hərbi əməliyyatların, yaxud taktiki-nöqtəvi zərbələrin endiriləcəyini istisna etmir. SEPAH-ı digər ölkələr də teror təşkilatı elan etsə, İnqilab Keşikçiləri Qvardiyasına qarşı hərbi əməliyyatlar genişlənər".
Qeyd edək ki, hazırda ABŞ başda olmaqla Qərb dövlətləri üçün prioritet daha çox Ukraynadakı müharibə və Rusiyaya qarşı mübarizədir. Bu baxımdan, İrana qarşı savaşın başlanması ABŞ-ın üçün iki cəbhədə döyüşmək anlamına gəlir. Sədrəddin Soltanın sözlərinə görə, Rusiyanı zəiflətmək üçün İran rejiminin çökdürülməsi ABŞ üçün vacibdir.
"İran Rusiyaya hərbi yardım edir. Üstəlik, son günlər İran və Rusiya arasında 40 milyard dollar həcmində təbii qaz satışına dair müqavilə imzalanıb. Bu, onu deməyə əsas verir ki, İran Rusiyaya maddi, hərbi yardım göstərir. ABŞ İranı Rusiyadan ayrımaq və zəiflətmək üçün tədbirlər görə bilər. Ukrayna müharibəsində İran fəal iştirakçılardan birinı çevrilib. Tehran hakimiyyəti Rusiya ordusuna kömək üçün təlimçilər göndərir, PUA-lar və raketlər satır. Bunun qarşısını almaq üçün Qərb İrandakı etiraz aksialarını dəstəkləyəcək. Ona görə də ABŞ Prezidentinin dediyi "İranı azad edəcəyik" ifadəsi rejimi zəiflətmək aksiyasının tezislərindən biridir". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam