Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İranın ölkəmizdəki “313” şəbəkəsi –Və bu ideologiyanı şüursuz şəkildə təbliğ edənlər... (FOTOLAR)

Yenixeber.org: Bu barədə DTX-nın məlumatında qeyd olunur ki, İranın Azərbaycandakı səfirliyinə məxsus avtomobillə ölkəmizə üzərində dini şüarlar yazılmış köynəklər keçirilib. Üzərində “313” rəqəmi yazılmış köynəklərin Azərbaycanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanması nəzərdə tutulubmuş.

Məlumat üçün qeyd edək ki, İran xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə köynəklərdə qeyd olunan “313” rəqəmi, İslam dinində xüsusi önəmə sahibdir. Bəzi hədislərdə 313 rəqəmi xüsusi müqəddəslik daşıyır. Qurani-Kərimdə qeyd edilmiş bir rəvayətə görə, Həzrət Davud Peyğəmbərin (ə) müasiri olmuş Bəni-İsrail hökmdarı Talut böyük bir qoşunla döyüşə yollananda Allah ona əmr verdi ki, öz əsgərlərini sınağa çəksin və sınaqdan uğurla çıxanları ayırıb özü ilə döyüşə aparsın. Talut əsgərlərinə əmr etdi ki, yolda qarşılarına çıxan çayın suyundan bir ovucdan artıq içməsinlər. Az bir hissə bu tapşırığa əməl etdi. Sınaqdan uğurla çıxanların sayı 313 nəfər oldu və onlar döyüşdə çoxsaylı düşmənə qalib gəldilər (Bəqərə, 249).

Bəzi rəvayətlərə görə, Bədr döyüşündə də 313 nəfər müsəlman özlərindən üçqat artıq düşmənə qalib gəlmişdi. Həmçinin, hədislərə görə, İmam Mehdinin (ə) sadiq silahdaşlarının da sayı 313 nəfər olacaq. Bu say tamamlandıqdan sonra isə İmam zühur edəcək...

Qanunla bu cür geyimlərdən istifadə etmək olarmı?

Bu barədə hüquqşünas Əlövsət Allahverdiyev “AzPolitika.info”-ya şərhində bildirib ki, AR Konstitusiyasına əsasən, hər kəs istədiyi dinə sitayiş edə və onu yaya bilər: “Dövlət tərəfindən vətəndaşların belə addımlarına məhdudiyyət qoyulmur. Bu, həm də beynəlxalq hüquq normalarına ziddir. Ancaq burada bir sıra məhdudiyyətlər var. Məsələn, dini ekstremizmi, terrorizmi təbliğ edən istənilən dini şüar qanunla qadağandır. Eyni zamanda sözügedən geyimdə yazılan şüar dövlətin təhlükəsizliyinə xələl gətirmirsə, bu zaman həmin geyimdən istifadə etmək olar”.

“Ancaq bizə məlum olmayan və məsələnin görünməyən tərəfləri var. Məlumdur ki, İran ilə Azərbaycan arasında münasibətlər o qədər də yaxşı deyil. İran hər fürsətdə Azərbaycanda iğtişaş törətməyə çalışır. İran bir neçə il əvvəl hicabla bağlı məsələlərdə də buna cəhd göstərmişdi. Hazırda ölkədə hicabla bağlı hər hansı bir qadağa yoxdur. Lakin bu şəbəkənin genişlənməməsi üçün dövlətin bu məsələdə müəyyən məhdudiyyətlər qoymağa ixtiyarı var. Dövlətimizin təhlükəsizliyi istiqamətində atılan addımlar təqdirəlayiqdir və bu dəstəklənməlidir”, - deyə hüquqşünas qeyd edib.



Məlumat üçün onu da qeyd edək ki, son 2-3 ildə xüsusən də, azyaşlılar arasında üzərində 313 yazılan geyimlərin geniş təbliğatı aparılır. Belə geyimlərin əlçatan və qiymətinin çox ucuz olması (10-15 manat) insanları şüursuz şəkildə bu təbliğatın bir parçasına çevirir. Hazırda paytaxt və bölgələrdə yerləşən bir sıra mağazalarda bu cür dini şüarlarla “bəzədilmiş” geyimlərə rast gəlmək mümkündür. Bu geyimlər əsasən “Sədərək” ticarət mərkəzindəki topdansatış məntəqələrindən bölgələrə və paytaxt mağazalarına paylanılır. Həmçinin sosial şəbəkələrdə də belə geyimlərin açıq satışı həyata keçirilir.



Şübhəsiz ki, bu cür simvollarla verilən gizli mesajlardan anlayışı olmayan insanlar özləri də bilmədən İran rejiminin istəklərini gerçəkləşdirmiş olurlar. Şəhid mərasimlərində 313 formalı bir qrup şəxsin dini şüarlar səsləndirərək, ictimaiyyətdə fikir ayrılığı və çaşqınlıq yaratmaq niyyəti isə hər kəsə məlumdur...

İran rejimi isə insanların dini inancından sui-isifadə edərək, dini kəlamların müqəddəsliyini heçə sayaraq, bu şüardan öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışır. Ümid edirik ki, ölkəmizə qarşı hər fürsətdə hədyanlar səsləndirən, qonşuluq prinsiplərinə əməl etməyən, işğalçı bir rejimi dəstəkləyən İran İslam Respublikasının ölkəmizdəki havadarları heç olmasa bu hadisədən dərs çıxaracaqlar. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam