Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Əliyev və Ərdoğan arasında maraqlı qayçı dialoqu - Türkiyə prezidentinin qeyri-adi muzeyi +VİDEO

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsərkən iki ölkənin liderləri arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Türkiyə Prezidenti lenti kəsmək üçün istifadə olunan qayçının qızıldan olub-olmadığını soruşub.

Prezident İlham Əliyev isə qeyd edib ki, siz lenti kəsdikdən sonra qayçı qızıldan da qiymətli olacaq.

Həmin süjeti təqdim edirik:



Məsələnin maraqlı tərəfi isə odur ki, R.T.Ərdoğan açılışında iştirak etdiyi obyektlərdə istifadə etdiyi qayçıları yığırmış. R.T.Ərdoğanın topladığı qayçıların sayı o qədər çox olub ki, həmin qayçılardan və kəsilən lentlərdən Türkiyədə muzey yaradılıb. Yəqin ki, R.T.Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında istifadə etdiyi qayçı da sözügedən muzeydə eksponat olaraq sərgilənəcək.

Həmin muzeydən hazırlanmış reportajı təqdim edirik: 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam