Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

PENTAQONUN YENİ SİLAH PARTİYASINDA NƏLƏR VAR? –“Biz bu silahlara arxalana bilərik”

Yenixeber.org: Tanınmış ukraynalı bloger, "Senzor.net" portalının baş redaktoru Yuri Butusov növbəti hərbi yardımın hansı silah və texnikalardan ibarət olduğunu açıqlayıb. "Çatdırılma müəyyən müddətdən sonraya planlaşdırılır, onları tezliklə əldə edə bilməyəcəyik, amma biz bu silahlara arxalana bilərik", - o qeyd edib.

Butusov daha sonra Pentaqonun hədiyyəsində yer alan silahlar haqqında məlumat verib:

- Yeni raket sistemi ilə birlikdə 18 HIMARS qurğuları. Əvvəllər Ukrayna ABŞ-dan 16 HIMARS kompleksi və 6 MLRS\Mars-2 kompleksi alıb. Bu partiyadan sonra HIMARS-ların sayı ikiqat artır ki, bu da eyni anda daha çox sayda hədəfi vurmağa imkan verəcək. Cəbhə xəttindəki bölmələrin qərargahları, kiçik anbarlar, şəxsi heyətin sığınacaqları, kiçik döyüş texnikası qrupları hədəfdə olacaq. Silahlı Qüvvələrin zərbə imkanlarının nəzərəçarpacaq dərəcədə artması müharibəyə yeni səfərbər edilmiş Rusiya hərbi qüvvələrinin Donbasda məhv edilməsi üçün xüsusi ilə vacibdir;

150 "Humvee" zirehli texnikası. Bunlar piyadaların və xüsusi təyinatlıların kiçik qrupların istifadəsi üçün çoxməqsədli zirehli maşınlardır. Qoşunların taktiki manevr qabiliyyətini əhəmiyyətli dərəcədə artıran transpartyorlardır;

150 taktiki hərbi maşın. Funksiya və təyinatı haqqında məlumat yoxdur;

- 40 traktor və 80 qoşqu. Bunlar ağır hərbi texnikanın taktiki manevr qabiliyyətini artırmaq üçün vasitələrdir;

Pilotsuz təyyarə sistemləri üçün 2 radar. Dəqiq marka göstərilməyib, yazılan təriflərdən belə nəticəyə gələ bilərik ki, bunlar dronlara quraşdırıla bilən radarlardır;

20 çoxməqsədli radar. Dəqiq marka göstərilmir, sayına görə bunlar da əvvəllər bizə verilmiş artilleriya kəşfiyyat radarlarının yeni partiyası ola bilər;

Dronlarla mübarizə sistemləri;

- Rabitə və rabitə təhlükəsizliyi sistemləri;

- Qoruyucu vasitələr və avadanlıqlar;

- Zireh və döyüş sursatları və s.

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam