Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

II Qaragin müxalifətlə niyə anlaşa bilmədi? -"Katalikosun xahişi ona görə rədd edildi ki..."

Yenixeber.org: Rəsmi informasiyada görüşün yekununda birgə bəyanatın qəbul olunacağı da qeyd olunmuşdu.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl sözügedən toplantıda birgə bəyanatın qəbul olunmamasını müzakirələrin gərgin keçməsi ilə əlaqələndirir: "Ümumiyyətlə, bu görüşənlərin mümkün bəyanatından sülh, barışıq mesajları gözləməyə dəyməz. Çox güman və teleqram kanallarından sızan məlumatlara görə birinci prezident ikinci, üçüncü prezidentlərin idarə etdiyi müxalifətin Paşinyanı devirə bilmədiklərini nəzərə almağa, mövcud hakimiyyəti erməni millətinin maraqları üçün müdafiə etməyə, birlikdə Ermənistanın və “artsaxın” təhlükəsizliyi naminə bütün siyasi qüvvələri bu maraqlar ətrafında birləşməyə çağırıb.

Burada məqsədin bütün qüvvələri birləşdirərək Paşinyan iqtidarını daxili təsir və təzyiqlərdən kənar tutmaqla Azərbaycan qarşısında güclü görünmək, baş naziri məğlub kompleksindən çıxarıb ən azı Azərbaycana qarşı diplomatik savaşı bərabər səviyyədə aparmasına şərait yaradılması istisna olunmur. Görüş nəticəsiz qalıb və erməni cəmiyyətindəki mövcud böhran liderlərin də təfəkküründə izsiz ötüşmədiyindən razılaşma əldə olunmayıb və qərara alınıb ki, görüşlər davam etsin".


Ekspert xatırladır ki, erməni kilsəsi əsrlərdir ki, mövcud olma, dövlət qurma, erməni problemlərini dünya güclərinin köməyilə həll etmək siyasətinin və ideologiyasının mərkəzi olub: "Bu kilsə inam və inancdan, ibadətdən çox tarixən düşmənçilik toxumları səpib. Erməni kilsəsi Türkiyəni, Azərbaycanı, bütün türkləri düşmən elan edib. Bu düşmənçiliyi qlobal güclər tarixən Türkiyəyə, türklərə, Azərbaycana qarşı erməniləri alət edərək istifadə ediblər və edirlər. İndi də 23 ildir Türkiyə, Azərbaycan düşmənçiliyinin baş ideoloqu rolunda olan katolikos II Qaregin sülh göyərçini rolunda olası deyil”.

“2020-ci ilin dekabrında Paşinyanı könüllü istefaya çağıran katolikos keçmiş SSRİ KQB -sinin agenti kimi Rusiyanın tapşırığını yerinə yetirirdisə, indi Pelosinin gəlişindən sonra anti Rusiya isterikasının erməni cəmiyyətində artdığını görüb Rusiyanın köhnə kadrları ilə bir araya gəlməyin təşəbbüskarı və təşkilatçısı rolunda olmaq istəyir.

Ermənilərin sürüşkənliyi inanclarında da özünü göstərir. Amerikadakı ermənilər özlərini katolik və protestant, Rusiyadakılar provaslav, Livandakılar Apostol kilsəsi yaradıb özlərini qriqoryan və sairə hesab edirlər. Bu faktoru ona görə vurğulayırıq ki, erməni kilsəsinin dərdi inanc deyil, türklərlə barışmamaq və düşmənçiliyi davam etdirməkdir. Bütün erməni terror təşkilatları kilsələrinin təşkilatçılığı və maliyyəsi ilə yaradılıb, onları istiqamətləndirib və türklərə qarşı həm Türkiyədə, həm Azərbaycanda, eyni zamanda xarici ölkələrdə terror aksiyaları, qətllər təşkil ediblər. II Qaregin də katolikos olduğu 23 il ərzində sələflərindən geri qalmayıb və onun missiyasının bu dəfə də düşmənçilik olduğu şübhə doğrmur", - təhlilçi vurğulayıb.

Bəs, İrəvan prezidentləri ilə Xankəndi “prezidentlərini” razı salmayan nə olub ki, bir qərara gələ bilməyiblər?

İlham ismayıl deyir ki, Ter-Petrosyandan başqa bunların dördü Qarabağdandır və Paşinyana qarşı düşmənçilikləri var: "Bu səbəbdən 27 oktyabr 1997-ci ildə Azərbaycanla sülh müqaviləsi bağlamağı təklif edən birinci prezidentlə bu dəfə də razılaşma baş tutmayıb. Ermənistanda siyasi böhran davam etsə də Nyu-Yorkda BMT -nin dəhlizlərində Paşinyan və Mirzoyan Baydenlə, Stoltenberqlə ayaqüstü şəkillər çəkdirərək, guya Azərbaycanın son “aqressiyası” barədə bu şəxslərə məlumat verirlər. Düşmən düşmənçiliyini davam etrdirir. Azərbaycan Qarabağ problemində son nöqtəni qoymaq üçün öz gücü ilə Xankəndidə bayrağını yüksəltməlidi. Bu nöqtə gec qoyulduqca katalikoslar, bir sürü erməni “prezident yığnağı” başqa güclərin əli ilə çabalayacaqlar, bizə mane olmağa cəhd edəcəklər, necə ki, müharibədən iki il keçməsinə baxmayaraq sülhə yaxınlaşmaq istəmirlər. Sülh müqaviləsi olmadan da bu son nöqtəni qoymaq olar. İkinci Dünya müharibəsi 77 ildir ki, bitib, amma Yaponiya ilə Rusiya arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Biz önümüzdəki işimizi görməliyik”.

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam