Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HƏM PAŞİNYAN, HƏM DƏ KOÇARYANDAN MƏSAFƏ SAXLAYAN QOCA –Ter-Petrosyan erməniləri hansı yeni fəlakətlər barədə xəbərdar edir?

"Ermənistanda islahatlar aparılsın və ya aparılmasın, heç bir fərqi yoxdur, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan və Azərbaycanla, Türkiyə ilə münasibətlər normallaşmadan ölkənin nə inkişafı, nə də gələcəyi olacaq”.

Yenixeber.org: Bunu Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan hələ bir neçə il əvvəl demişdi.

Doğrudan da, Ermənistandakı korrupsioner və quldur Sarqsyan-Koçaryan hakimiyyəti məxməri inqilabla devrilib, yerinə nisbətən demokratik və islahata, Qərb dəyərlərinə meylli hesab olunan Nikol Paşinyan gəlsə də, ermənilərə bu dəyişikliyin müsbət nəticələrini tam mənada yaşamaq nəsib olmadı və olmur da. Nə inkişafları var, nə də gələcəkləri – ölkə getdikcə daha çox Rusiyanın qapazaltısına çevrilir, əhali isə kütləvi şəkildə ölkəni tərk edir.

Məhz Qarabağ məsələsində tutulan absurd və barışmaz mövqe bir tərəfdən ermənilərə böyük qırğın və fəlakət yaşatdı, digər tərəfdən isə onların öyündükləri məxməri inqilabın nəticələrini heçə endirdi. Və Paşinyan da bilməmiş deyil ki, gec də olsa, siyasi-mənəvi atası hesab olunan Ter-Petrosyanın yuxarıda qeyd edilən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair fikrinə uyğun davranmasa, bunun daha acı nəticələrilə üz-üzə qalacaq... 

Hələ 2016-cı ildə Ermənistanın birinci Prezidenti aprel döyüşlərilə bağlı deyirdi: “Əgər bu gün məsələ həll olunmazsa, görün bizi neçə belə aprellər gözləyir. Erməni xalqı nə qədər qurbanlar verəcək...” Dediyi kimi də oldu.

Çox nadir hallarda mətbuat qarşısına çıxan, müsahibə verən Ter-Petrosyanın indiyə qədər verdiyi demək olar ki, bütün proqnozlar özünü doğruldub. Bugünlərdə isə birinci Prezident ermənilərə daha bir xəbərdarlıq edib. Xüsusilə də 44 günlük müharibədən sonra həm zəhləsi getdiyi və onu vaxtilə hakimiyyətdən uzaqlaşdıran Koçaryan-Sarqsyan cütlüyündən, həm də vaxtilə xeyir-dua verdiyi və “atalıq” etdiyi Paşinyandan məsafə saxlayan Ter-Petrosyan mətbuata son açıqlamasında deyib: “Paşinyan rejimi istənilən yolla hakimiyyətdə qalmağa, Koçaryanla Sarqsyanın rəhbərlik etdiyi müxalifət isə hakimiyyəti istənilən yolla qəsb etməyə çalışır.” Ter-Petrosyan deyib ki, həm hakimiyyət, həm də müxalifət düşərgəsində dövlət maraqlarının tamamilə dərk edilməməsi müşahidə olunur və bu, ümumilikdə erməni cəmiyyəti və dövləti üçün yeni fəlakətləri qaçılmaz edir.

 

 

Ter-Petrosyanın bu fikirlərini təhlil edən tanınmış erməni politoloq Ervand Bozoyan birinci Prezidentin mövqeyini əsas etibarilə bölüşsə də, deyib ki, Ter-Petrosyan Paşinyanı tənqid edərkən, o qədər də səmimi deyil. Ən azından ona görə ki, bugünkü Baş nazirin formalaşmasında Ter-Petrosyanın xüsusi xidmətləri olub və hazırda hakim komandada məhz birinci Prezidentin ətrafından olan çoxsaylı kadrlar var. Hətta hökumətin ümumilikdə əsas “kadr bazası”nın məhz Ter-Petrosyanın tərəfdarlarından formalaşdığı iddia olunur.

Ancaq buna baxmayaraq, artıq 77 yaşını haqlamış Ter-Petrosyan xüsusilə 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra Paşinyanı tənqid edərək, bir növ ondan məsafə saxlamağa çalışır. Əslində buna haqqı da çatır, çünki onun dəfələrlə səsləndirdiyi Qarabağ mövzusundakı xəbərdarlıqları Paşinyana da aid idi. Bozoyan deyir ki, Ter-Petrosyan Paşinyana qarşı getdikcə güclənən mənfi münasibətin onun da üzərinə sıçrayacağından narahat olduğu üçün Baş nazirdən uzaq durmağa çalışır.

Bununla yanaşı, Paşinyan da Ter-Petrosyanın irad və ittihamlarına zaman-zaman cavab verir. Məsələn, Paşinyanın sözlərinə görə, Ter-Petrosyan İrəvanın son illərdəki siyasətini tənqid edir, lakin bu gün problemin həllini necə görməsindən bəhs etmir: “Ter-Petrosyanın fikirlərinə aydınlıq gətirilməlidir. O, bizə Qarabağdan getməyi və mövzunu bağlı hesab etməyi təklif edir. Ancaq bu gün nədənsə onu yox, bizi günahlandırırlar”. Yəni, Paşinyan demək istəyir ki, “Ter-Petrosyan “Qarabağdan gedin” deyir, düz deyir, ancaq bunu necə etməli olduğumuzu demir. Ter-Petrosyan dəfələrlə hakimiyyətə gəlməkdə və orada uzun müddət oturmaqda maraqlı olmadığını bəyan edib. Onun yaşı da zatən buna imkan vermir. Lakin siyasi avtoritet kimi qalmaq və siyasi elitanın onunla hesablaşmasına nail olmaq planları qüvvədədir. Və buna da az-çox nail olur... 

 

 

Yeri gəlmişkən, təkcə Paşinyan deyil, vaxtilə onu hakimiyyətdən uzaqlaşmağa məcbur edən Koçaryanla Sarqsyan da Ter-Petrosyanın yetirmələri sayıla bilərlər. Ter-Petrosyan hələ öz prezidentlik dövründə bəyan etmişdi ki, təhlükəsizliyin təmin olunması müqabilində Dağlıq Qarabağ ətrafındakı rayonlardan erməni hərbi qüvvələri geri çəkilə bilər. O, hələ 1992-ci ildə “Komsomolskaya pravda” qəzetinə müsahibəsində qeyd edirdi ki, “Dağlıq Qarabağ” muxtar vilayət qismində Azərbaycanın tərkibinə daxil olmalıdır. Ümumiyyətlə, o, mərhələli həll planını dəstəkləyirdi və elə buna görə də Koçaryan və başının dəstəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Sonradan İrəvandakı seçkiöncəsi mitinqlərin birində Ter-Petrosyan Koçaryan-Sarqsyan cütlüyü barədə demişdi: “Prezident Robert Koçaryanın və Baş nazir Serj Sarqsyanın son addımlarını müşahidə etdikcə başa düşürəm ki, vaxtilə onları Ermənistana gətirdiyimə və sizin başınızın bəlasına çevirdiyimə görə qarşınızda tövbə etməliyəm. Bu, kadr səhvi də deyil, əsl bəladır. Sizi bu bəladan qurtarmaqda mənə kömək edin”. Ancaq göründüyü kimi, Ter-Petrosyan erməniləri bu bəladan xilas edə bilmədi. Heç Paşinyan da, hakimiyyətə gəlməsinə baxmayaraq, onların kökünü tam kəsə bilməyib. Çünki bu kökün bir ucu Moskvaya qədər uzanır... 

Hər necə olsa, ağzı fal olan Ter-Petrosyan bu gün ermənilərə növbəti xəbərdarlığını edir. Deyir ki, nə Paşinyanın, nə də Koçaryan-Sarqsyan cütlüyünün geri çəkilməməsi Ermənistana növbəti faciələri yaşadacaq. Dediklərində həqiqət payı çoxdur. Və bu dəfə etiraf olunur ki, erməniləri gözləyən fəlakətdə Azərbaycan, yaxud Türkiyənin heç bir payı yoxdur, səbəb sadəcə hakimiyyət hərisliyi və erməni dövlətçiliyi anlayışının tam çürüməsidir.

Ancaq Ter-Petrosyanın xəbərdarlıqlarına baxmayaraq, Ermənistandakı real mənzərə ondan ibarətdir ki, nə Paşinyan, nə də onun əlindən “zəncir gəmirən” Koçaryan-Sarqsyan cütlüyü geri çəkilmək, kompromisə getmək fikrində deyil. Bu isə o deməkdir ki, belə getsə, ermənilərin qara günləri gerçəkdən də hələ qabaqdadır və böyük ehtimalla Ter-Petrosyanın daha bir proqnozu özünü doğruldacaq... “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam