Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

İRAN HARA, DRON HARA... -“Cəmi 3 kilometrədək uçur və asanlıqla vurulur”

“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın Ukraynada istifadə etdiyi İranın “Shahed136” PUA-larının bəzi texniki xarakteristikalarını açıqlayıb və onların Qərb dronlarından xeyli geri qaldığını bildirib: “Bunlar kamikadze-dronlardır. Bir müddət havada qalırlar və daha sonra hansısa hədəfi vurmalıdırlar. Bunu edə bilmədikdə yerə düşür və adi mərmi effekti verir. Onun uçuş məsafəsi 1.5-3 kilometr, sürəti saatda 185 kilometr, uzunluğu 3 metr, çəkisi 200 kiloqramdır”.



Jdanov bildirib ki, bu dronlar alçaqdan uçur və asanlıqla müəyyən edilərək vurula bilir: “Hərbçilər deyirlər ki, onlar çox aşağıdan uçurlar və mühərrikləri çox səsli işləyir. Ona görə də bunu eşitmək çox asandır və onu yaxınlaşan zaman atıcı silahla vurmaq mümkündür. Üstəgəl, aşağıdan uçduqları üçün onları adi “antidron tüfəngləri” adlandırılan silahla da vurmaq şansı yaranır”.

Qeyd edək ki, praktikadan göründüyü kimi, yuxarıda qeyd edilən göstəricilərlə istehsal edilən və xeyli reklam olunan həmin PUA-ların “Bayraktar” kimi silahlardan çox-çox geri qaldığı şübhəsizdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam