Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İranın Ermənistana açıq hərbi-siyasi dəstəyi -Qonşu dövlət nə istəyir?

Sərhəddə Ermənistanın təxribatı nəticəsində baş verən gərginlik fonunda İran yenə də ənənəvi mövqeyini ortaya qoyub. Cənub qonşumuz yenə də Ermənistana açıq siyasi və hərbi dəstəyini ifadə etməkdən çəkinməyib.

Yenixeber.org: İranın Ermənistandakı səfirliyindən erməni mətbuatına ötürülən məlumatda bildirib ki, İran İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcək.

Məlumatda qeyd edilib ki, İran İslam Respublikası Qafqaz regionunda baş verən hadisələr və iki qonşu ölkə olan Ermənistan və Azərbaycanla əlaqələri ilə bağlı öz mövqeyini açıq şəkildə və müxtəlif səviyyələrdə ifadə edib.

Ali məqamlı rəhbərin Rusiya və Türkiyə prezidentləri ilə görüşlərini işıqlandıran xəbərlərdə qeyd olunduğu kimi, İran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasına qarşıdır. Eyni zamanda İrana zərər verəcək istənilən ssenariyə xüsusilə müqavimət göstərəcək. İki qonşu xalqı birləşdirən tarixi marşrut Ermənistan sərhədidir.

“İran prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı zamanı da bizim bu prinsipial mövqeyimiz təkrarlanıb.

İranın xarici işlər naziri Əmir Abdollahian Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında yeni toqquşmalardan narahatlığını bildirib. Problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazır olduğunu ifadə edərək, İranın bu münasibətləri qoruyub saxlamasının vacib olduğunu açıq şəkildə vurğulayıb. Hər iki qonşunun ərazi bütövlüyü və həm də İran-Ermənistan sərhədinin tarixi bir əlaqə yolu olması reallığı da dəyişməz qalmalıdır”,-deyə İranın Ermənistandakı səfirliyinin məlumatında qeyd olunub.

d5ea8e93-ef96-394a-a284-a0109b5587e2_850.jpg (94 KB)

Azərbaycan artıq bu kimi bəyanatlara bir növ öyrəncəlidir. İslam ölkəsi olan İran 30 il işğal dövründə də məscidlərdə donuz saxlayan, insan haqqı tapdalayan, faşistlik edən Ermənistana dəstək çıxıb.

Ermənistana gizli yolla dəstək verdiyi, silah göndərdiyi və sonra da bunu dandığı 44 günlük Vətən savaşında Azərbaycanın qələbəsini isə hələ də həzm edə bilmir. Yaxın aylarda biz İranda müxtəlif səviyyəli şəxslərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri, rəsmi Bakının ünvanına söylənən əsassız ittihamları, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşıma cəhdlərini, rəsmi səviyyədə “Ermənistanın sərhəd toxunulmazlığı bizim üçün “qırmızı xətdir” bəyanatlarını eşitmişik.

Bütün bunlar bir İslam ölkəsinə, əhalisinin 40 milyondan çoxunun azərbaycanlı olduğu İrana heç yaraşmır. Ancaq nədənsə, İran hər dəfə bunu özünə yaraşdırmağı bacarır...(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam