Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ERMƏNİLƏR KTMT-yə ÜSYAN EDİR –“KTMT-də Qazaxıstan və Ermənistanla bağlı fərqli maraqlar var”

Yenixeber.org: Paşinyan komandasının üzvlərindən biri, Ermənistan parlamentinin Avropaya İnteqrasiya Komissiyasının sədri Arman Eqoyan KTMT-nin İrəvanın ümidlərini doğrultmadığını bildirib və təşkilatı sərt tənqid edib. Deputat KTMT-nin nədən Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmaya Qazaxıstandakı iğtişaşlar zamanı olduğu kimi, operativ münasibət göstərməməsinə dair suala belə cavab verib: “Siz KTMT-nin reaksiyasını gördünüz. Çox açıq qiymət vermək istəmirəm, bu reaksiya necə var, elədir. Beynəlxalq münasibətlərdə dövlətlər və beynəlxalq qurumlar öz maraqları çərçivəsində fəaliyyət göstərirlər. Qazaxıstanda başqa maraqlar vardı, Ermənistanda isə bir başqa…”

Eqoyan üstörtülü şəkildə deyib ki, KTMT-yə müraciət olunsa da, ondan hərbi yardım gözləmək yersiz və mənasızdır: “Bilirsiniz ki, Azərbaycan praktiki olaraq, KTMT üzvü olan bütün dövlətlərlə strateji müttəfiqdir”.

Xatırladaq ki, Ermənistanın KTMT-yə rəsmi müraciətindən sonra təşkilat Azərbaycan-Ermənistan sərhədinə vəziyyətlə yerində tanış olmaq üçün missiya göndərməklə kifayətlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam