Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“MÜHARİBƏ ƏN AZI 1 İL DƏ DAVAM EDƏCƏK” –Savaşın növbəti mərhələsi üçün 5 proqnoz

Yenixeber.org: Bunu Britaniyanın “The Guardian” nəşri müharibənin növbəti mərhələsinə aid hazırladığı məqalədə bildirib. Həmin materialın maraqlı hissələrini təqdim edirik:

“1. “Müharibə ən azı bir il də davam edəcək. Lakin faktiki olaraq hazırda döyüşlərin intensivliyi getdikcə azalır”

Müharibədən 6 aydan artıq vaxt keçsə də, nə Ukrayna, nə də Rusiya verilən itkilərə baxmayaraq, hərbi əməliyyatları dayandırmaqda maraqlı görünmürlər. Ukrayna işğal olunmuş ərazilərini geri qaytarmaq, Rusiya isə təkcə öz düşməninə deyil, Qərbə də ziyan vurmağa davam etmək istəyir. Eyni zamanda Kreml qışda Ukraynanı tam işğal edə biləcəyinə inanır. Rusiyanın Kiyevin şimalındakı - Buça, İrpin və başqa yerlərdə mülkü əhaliyə qarşı törətdiyi qırğınlar sübuta yetirildikdən sonra iki tərəf arasında heç bir danışıq baş tutmayıb. İyunun sonlarında Rusiya Lisiçansk bölgəsini ələ keçirdikdən sonra cəbhə xəttindəki əməliyyatların intensivliyi minimuma enib. Belə görünür ki, artıq hər iki tərəf də müharibədən yorulub.

2. “Ukraynanın effektiv əks-hücum vasitələri yoxdur. Ancaq partizan basqınları Rusiyanın süqutunu sürətləndirmək üçün optimist variantdır”

Ukrayna Xersonu geri almaq istəsə də, yüksək səviyyəli administrasiya rəsmisi etiraf edib ki, “Ukraynanın rus ordusunu geri çəkilməyə məcbur etmək üçün kifayət qədər imkanı yoxdur”. Hazırda Ukrayna ordusu uzaqmənzilli raket zərbələri ilə arxa cəbhədəki Rusiya hərbi bazalarına zərbələr enriməyə çalışır. Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırkı məqsəd Rusiya qüvvələrinin daxilində xaos yaratmaqdır.

Ancaq bu, işğalçıların irəliləməsinə mane olsa da, çətin ki, bəzi Ukrayna rəsmilərinin ümid etdiyi kimi, Rusiyanın könüllü şəkildə Xersonu tərk etməsinə səbəb olsun.

3. “Rusiya hələ də irəliləmək istəyir. Lakin çox güman ki, onların əsas diqqəti Ukrayna ərazilərinin ilhaqına yönələcək”

Rusiyanın kütləvi artilleriya zərbələri ilə şəhərləri məhv etmək və irəliyə doğru yol açmaqdan başqa hücum planı yoxdur. Rusiya bunu qismən təsirli olduğu üçün və qismən də itkiləri minimuma endirmək üçün edir. Onlar hazırda Donbasdakı Baxmut ətrafında bu strategiyanı tətbiq etməyə çalışırlar. Ancaq rus ordusu çox ləng irəliləyir. Çünki Rusiya qüvvələrinin bir hissəsini yenidən Xersona köçürməli olub. Kreml müharibənin əvvəlində istədiyi nəticələri əldə edə bilməyib. Lakin indi Rusiya Ukraynanın şərqində və cənubunda böyük ərazilərə sahibdir və ilhaq referendumlarının keçirilməsindən fəal şəkildə danışmağa başlayıb. Rusiya qış aylarında çox güman ki, referendum məsələsini həll edəcək.

4. “Soyuq qış aylarında qaçqın böhranı bir qədər də dərinləşəcək”

Qış hər iki tərəf üçün strateji baxımdan çox vacibdir. Ukrayna artıq humanitar problemlərdən narahatdır. Çünki Donetsk vilayətində və digər cəbhəyanı ərazilərdə qaz isitmə sistemi yoxdur. Ekspertlər qışda yeni bir miqrasiya dalğasının olacağını ehtimal edirlər. Təxminən 2 milyona yaxın insanın Polşaya köç edəcəyi proqnozlaşdırılır. Ruslar qış mövsümünü bir fürsət kimi görürlər. Ukrayna qorxur ki, Rusiya Zaporojye AES-i söndürərək, istilik problemini kəskinləşdirə bilər. Həmçinin Moskva mavi yanacağın qiymətini bahalaşdıraraq, Qərbə müəyyən təzyiqlər göstərməyə çalışa bilər.

Yaz aylarında isə müharibənin yenidən intensivləşəcəyi gözlənilir. Ehtimallara görə, tərəflər qış aylarında tədarük toplayaraq yaz mövsümündə yenidən qarşı-qarşıya gələcəklər.

5. “Qərb konkret olaraq qərar verməlidir ki, Ukraynanın qalib gəlməyini istəyir, yoxsa istəmir”

Qərbin hərbi yardımları olmasaydı, Ukrayna çoxdan məğlub olardı. Amma indiyə qədər Qərb Kiyevi işğalçıları geri çəkilməyə məcbur etmək üçün kifayət qədər artilleriya və ya döyüş təyyarələri kimi digər silahlarla təmin etməyib.

Ukraynanın humanitar yardımlara olan ehtiyacı da günü-gündən artır. Ukraynanın yenidənqurma və bərpa işləri üçün kifayət qədər vəsaiti yoxdur. Rusiya 5 aydır ki, Kiyevin şimal-şərqindən və şimal-qərbindən geri çəkilsə də, burada ziyan görmüş evlər hələ də olduğu kimi qalmaqdadır. Ukraynalılar məcburi şəkildə qarajlarda və dağıdılmış binalarda yaşayırlar”.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam