Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Qarabağ türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır -ŞƏRH

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Azərbaycana səfəri və ölkə başçısı İlham Əliyevlə görüşü ciddi nəticələrlə yadda qaldı. Liderlər arasında müxtəlif sahələrə dair 15 mühüm sənəd imzalandı. Müzakirələr zamanı əldə olunan raızlaşmalardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı oldu.


Yenixeber.org: Azərbaycan Vətən müharibəsi nəticəsində torpaqlarını düşmən tapdağından azad etdikdən sonra ərazidə sürətli yenidənqurma işlərinə start verildi. Qarabağın bərpası indi də prioritetimizdir. Çünki bu, əhalinin dədə-baba torpaqlarına köçünü yaxınlaşdırmaqla yanaşı, eyni zamanda Qarabağa əvvəlki ovqatın qayıtmasını təmin edəcək.

Torpaqlarımız işğaldan azad edildildən sonra bir sıra dövlətlər, o cümlədən qardaş Türkiyə oradakı yenidənqurma işlərində iştirak etmək istədiklərini bildirdilər. Qardaş və dost dövlətlərin bu addımı, əlbəttə, ikitərəfli əlaqələrin inkişafına da töhfədir. Eyni zamanda biz istəməyən tərəflərə ciddi mesajdır. Onlar qardaş və dostlarımızın torpaqlarımızın azad olunmasına necə sevindiklərini görürlər.

Qarabağ türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır - ŞƏRH


Qazaxıstanın bərpa və yenidənqurma işlərinə qoşulması isə xüsusi əhəmiyyətlidir. Məlum olduğu kimi, həm Bakı, həm də Nursultan Türk Dövlətləri Təşkilatına (TDT) daxildir. Deməli, sözügedən məqam ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, həmçinin TDT daxilində də əməkdaşlıq mühitinə töhfədir.

Qazaxıstan Qarabağdakı yenidənqurma işlərində iştirak etməyə çoxdan maraq göstərir. Hələ 2021-ci ilin iyun ayında Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfəri zamanı o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla iqtisadi əlaqələr, o cümlədən investisiya layihələri və nəqliyyat dəhlizlərinin inkişafı barədə fikir mübadiləsi aparmışdı. Qazaxıstanın Qarabağdakı yenidənqurma işlərindən iştirak edəcəyi o zamandan planlaşdırılırdı. Sonradan müxtəlif səviyyəli təmaslar, o cümlədən görüşlər və telefon danışıqları zamanı yenə də bu məsələ gündəmə gəldi.


Dünənki görüşdə məlum oldu ki, Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikiləcək. Dövlət başçıları Mərkəzin layihəsi ilə tanış olublar. Tokayev həmin layihəni Qazaxıstanın Azərbaycana hədiyyəsi kimi təqdim edib. O bildirib ki, bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir. Tokayev bu fikirləri ilə iki mühüm mesaj verib. O, “qardaşcasına münasibət” ifadəsini işlətməklə Azərbaycanla müxtəlif formatlarda əməkdaşlığın bundan sonra da davam edəcəyinə işarə vurub. Həmçinin Qazaxıstan Prezidenti söyləyib ki, biz hamımız Qarabğın bərpası prosesi ilə məşul oluruq. Əlbəttə, Tokayev “biz hamımız” deməklə məhz Türk Dövlətləri Təşkilatını nəzərdə tuturdu. O, demək istəyirdi ki, Qarabağ zəfəri bütün türk dünyasının ortaq qələbəsi olmaqla yanaşı, buradakı yenidənqurma işləri də bütün türkdilli dövlətlərin ortaq fəalliyyət platformasıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2021-ci ili Şuşa ili elan edib. Bu cənnət diyar həm də Türk dünyasının mədəniyyət mərkəzidir. Türküstan isə türk dünyasının qədim, tarixi ənənələrə malik şəhərlərindəndir. Deməli, bu iki şəhərin qardaşlaşması Azərbaycan və Qazaxıstan xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq. Beləliklə, əlaqələrimiz bütün sahələrdə daha da güclənəcək. Deməli, indi atılan addımlar Türk Dövlərlər Təşkilatının gələcəyinə hesablanıb.

Bütün bunlar o deməkdir ki, Qarabağ ərtafında görülən işlər, əldə olunan razılaşmalar tükdilli dövlətlərin bir-birilərinə daha da yaxınlaşması istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam