Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

PUTİNİN HÜCUMDAN SAATLAR ƏVVƏLKİ ULTİMATUMU –“O, “təslim olun” tələbinə açıq söyüşlə cavab verdi...”

Yenixeber.org: Yazıda Rusiyanın Ukraynaya qarşı işğalının ilk günlərində baş verənlərə dair bəzi məlumatlar yer alıb. Belə ki, qəzetin yazdığına görə, ilk olaraq fevralın 24-də Putinin ən yaxın adamlarından biri və onun “xüsusi tapşırıqları”nın icraçısı sayılan, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka zəng edib və Putinin adından “təslim olun” tələbini çatdırıb. Qəzet yazır ki, əvəzində, Yermak ona ağır söyüşlərlə cavab verərək, dəstəyi asıb.


Həmin günlərdə daha bir maraqlı dialoq Ukraynanın Müdafiə naziri Aleksey Reznikovla Belarusun Müdafiə naziri Viktor Xrenin arasında olub. Hələ fevralın 22-də Xrenin Reznikova “zabit sözü” verib ki, Belarus ərazisindən Ukraynaya hücum olmayacaq. “Artıq fevralın 26-da baş tutan növbəti söhbətdə isə Xrenin titrəyən səslə Reznikova Şoyqunun tələbini çatdırıb: “Əgər Ukrayna kapitulyasiya aktını imzalasa, işğal dayandırılacaq”. Reznikovsa cavabında deyib: “Mən Rusiyanın kapitulyasiyasını qəbul etməyə hazıram””. 

Xatırladaq ki, bu günlərdə “The Washington Post” Ukrayna müharibəsilə bağlı daha bir məqaləsində Putinin “ildırım sürətli” işğal planının bəzi detallarını yayımlamışdı. Orada qeyd edilirdi ki, Rusiya başçısı ordudan qısa müddətdə Ukraynanın böyük hissəsinin işğalını, Kiyevi 3 günə ələ keçirməyi və “lazım gələrsə” Volodimir Zelenskini qətlə yetirməyi tələb edibmiş.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam