Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Qarabağ silahsızlaşdırılır -Rusiyadan Bakının əlini gücləndirən addım

 

Artıq bütün tərəflər “qırmızı xətt”ə yaxınlaşıb; separatçı-quldurların bir çıxış yolu qalır...

Yenixeber.org: Azərbaycan dövləti ermənilərin haray-həşirinə, “timsah göz yaşları”na baxmayaraq, addım-addım 10 noyabr üçtərəfli sənəddəki hədəflərinə doğru irəliləyir. Öz günahı ucbatından faktiki müttəfiqsiz qalan Ermənistanın kapitulyasiya aktındakı yazılı öhdəliklərdən yayınmağa heç bir şansı yoxdur. İrəvan onları ya yerinə yetirəcək, ya da... yerinə yetirəcək və nida işarəsi!

Diqqətçəkicidir ki, “Qisas əməliyyatı” ilə növbəti “dəmir qapaz” yeyən erməni tərəfi zamanı uzatmağın onun üçün nə dərəcədə təhlükəli olduğunu daha yaxşı anlamağa başlayıb. Həm də o səbəbə ki, Rusiya sülhməramlı kontingenti Bakının antiterror əməliyyatına bu dəfə kifayət qədər dözümlü, loyal yanaşdı. Artıq Rusiya da anlayır ki, 10 noyabr sazişinin, xüsusən də sənədin 4-cü bəndinin icrasını yubatmaq Moskvanın özünə də risklər yarada bilər. Yəni bütün tərəflər “qırmızı xətt”ə yaxınlaşıb.    

Əslində Qarabağın silahsızlaşdırılmasının zamanı çoxdan keçib. Çünki 4-cü bəndin tələbinə görə, sülhməramlılar ərazimizdə yerləşən kimi qanunsuz silahlı dəstələr Qarabağdan ya çıxarılmalı, ya da tərk-silah edilməli idi. Qısası, Qarabağda Rusiya sülhməramlısı varsa, onun məsuliyyət zonasında başqa heç bir qanunsuz silahlı birləşmə mövcud ola bilməz! Rusiya hərbçiləri indiyədək qeyri-qanuni erməni quldur dəstələrinin tərk-silahını təmin etməli idi.

Григорян, Армен Валерьевич — Википедия

Armen Qriqoryan

Məhz bunu etməməyin nəticəsi idi ki, keçən ay Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arxayın şəkildə bəyan etdi ki, Ermənistan ordusunun qalıqları Qarabağ ərazisini tamamilə tərk eləsə də, separatçılara məxsus silahlı qüvvələr orada qalacaq. Bundan bir qədər sonra - avqustun əvvəlində regionda 44 günlük müharibədən sonra ən böyük eskalasiya sayıla biləcək hərbi insident qeydə alındı: özlərini cəzasız hiss edən qanunsuz silahlı dəstələr Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutdu, hərbi qulluqçumuz Anar Kazımov şəhid oldu.

Sonrası məlumdur. Cavab olaraq Azərbaycan “Qisas” antiterror əməliyyatına başladı, qarşı tərəfi ciddi itkilərə məruz qoydu. Ardınca Laçın şəhəri və ətraf kəndlərin boşaldılması prosesi sürətləndi. Qarabağdakı ermənilər, nəhayət, anladılar ki, Azərbaycanın tərkibində yaşamaq perspektivindən başqa yol qalmayıb.

Bu arada isə Bakının “Qisas” əməliyyatının daha bir pozitiv sonucu məlum olub. Belə ki, erməni mənbələri Azərbaycanın daha bir tələbinin icrasına başlandığını açıqlayıb. Məlumata görə, Qarabağdan artilleriya qurğuları, digər ağır silahlar çıxarılmağa başlanıb. Bildirilir ki, ümumiyyətlə, sentyabrın sonunadək Qarabağda ağır silahlar qalmamalıdır.

Qarabağda nəinki qanunsuz ağır silahlar, ümumiyyətlə, qanunsuz silahlı qala bilməz. Çünki bu təkcə 10 noyabr üçtərəfli sənədinin yox, Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn tələbidir. Əfsus ki, Ermənistan adlı qondarma, simvolik və terrorçu dövlətə beynəlxalq hüquq yaddır. Kapitulyant ölkə hətta yeganə xilaskarı Rusiyadan da narazıdır və özünün irili-xırdalı bütün uğursuzluqlarını ilk növbədə rusların ayağına yazır. İrəvandakı “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışda belə “rus izi” axtarırlar. 

Vəziyyət o həddə çatıb ki, bu qəbildən ittihamlardan təngə gələn Rusiya srağagün Ermənistana ilk dəfə nota verib. Səbəb kimi “Sürməli”dəki partlayışlarla bağlı Rusiyanın ittiham olunması göstərilir.

“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilir.

Qeyd edək ki, az öncə əsasən terrorçu ünsürləri birləşdirən “Sasna Çrer” siyasi qrupu sosial mediada Moskvaya qarşı belə iddialarla çıxış etmişdi. Yeri gəlmişkən, bu qurum daim Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması tələbi ilə çıxış edir. Bununla belə, şübhəsiz ki, nota ən əvvəl Paşinyan hakimiyyətinin siyasətindən Moskvanın ciddi narazılığının təzahürüdür. Hər halda, faktdır ki, məhz Paşinyan iqtidarı dönəmində ölkədə Rusiyaya münasibət xeyli pisləşib. Rəy sorğuları da bunu təsdiqləyir.

İrəvan-Moskva münasibətlərinin daha da pisləşməsi isə əlbəttə ki, Azərbaycanın maraqlarına uyğundur. Ən azından Qarabağın silahsızlaşdırılmasında Rusiya daha neytral mövqeyə köklənə, Bakının əli daha da güclənə bilər. Rusiyalı tanınmış hərbi analitik İqor Korotçenkonun son statusundan belə bir qənaəti hasil eləmək mümkündür.

Ermənistan-Rusiya münasibətlərindəki problemlərə diqqət çəkən ekspert deyib: “Bu gün bir sıra erməni KİV-lərində Rusiya silahları tənqid olunur. Guya Ermənistan bu silahlar keyfiyyətsiz olduğu üçün İkinci Qarabağ müharibəsində uduzub. Pis rəqqasəyə həmişə nəsə mane olur. Ermənistan İkinci Qarabağ müharibəsində ilk növbədə hakimiyyət və dövlət idarəçiliyi sisteminin keyfiyyətsizliyi, Müdafiə Nazirliyi sistemindəki ən yüksək səviyyədə korrupsiya səbəbindən uduzdu. Bir çox başqa səbəblər də var. Ancaq milli qəhrəmanları nasist cinayətkarları və nasistlərin agentləri (”Erməni Bandera" - Qaregin Njde və buna bənzər personajlar) olan ölkə müharibədə qalib gələ bilməz. Bu, tarixin məntiqinə zidd olardı".

Sözünə davam edən analitik Ermənistanın üçtərəfli bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri sivil qaydada yerinə yetirə bilmədiyini vurğulayıb: “İndi Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gətirilmiş ermənilər yenidən evləri dağıdır, meşələri yandırır, təbiətə bərpası mümkün olmayan ekoloji ziyan vururlar. Laçında həmçinin yeni mina sahələri aşkar edilib, onların 2021-ci ildə Ermənistanda istehsal edildiyini göstərən faktlar var”.

Ekspert İrəvandakı ticarət mərkəzində baş vermiş partlayışa görə də Ermənistanın Rusiyanı ittiham etdiyini söyləyib: “Ermənistan öz problemlərinə görə Rusiyanı günahlandırmaqda davam edir. İrəvanda ticarət mərkəzlərindən birində partlayış baş verir, insanlar ölür və Rusiya günahkardır. Bu, sadəcə, həyasızlığın zirvəsidir”.

Qalır indi rusların bu həyasızlığa verəcəyi adekvat cavab. Həm də Qarabağda...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam