Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Ermənilərin son 1 ayı: nələr dəyişəcək? -DETALLAR

"Azərbaycan aylardır Laçına alternativ yolun tikintisini apararırdı, bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü. Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. İrəvan bunu da görür və etiraz etmirdi. Buna baxmayaraq, Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. Görünür, o radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxurdu. İndi isə vəziyyəti özü üçün daha da mürəbkkəbləşdirib".

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər:

"Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq. Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb. Kreml üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Putin bunun ardınca Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşünü təşkil etməyə çalışacaq. Ancaq bu heç nəyi dəyişməyəcək. Ermənistan məsələlərin həllini uzadacaq, Azərbaycan ünvanlı hərbi əməliyyatlar keçirəcək, Rusiya isə tərəfləri sakitliyə çağıracaq. Belə də davam edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam