Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cənubi Qafqazda Rusiya-Türkiyə rəqabəti güclənir-ŞƏRH

 

 Elxan Şahinoğlu: “Azərbaycana qarşı istənilən həmlə Türkiyənin maraqlarına toxunur”

Yenixeber.org: İki gün öncə Türkiyə və Rusiya prezidentləri arasındakı telefon danışığında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar və bölgədə yaranmış vəziyyət əsas müzakirə mövzusu olub. Ərdoğan və Putin il ərzində tez-tez telefon əlaqəsi saxlayırlar və əsasən Suriyanı müzakirə edirlər. Son aylar əsas mövzular sırasına Liviya da əlavə olunub. Lakin bu dəfə prezidentlərin söhbətində Dağlıq Qarabağ münaqişəsi önə keçib.

Son telefon danışığının təşəbbüskarının kim olması da maraq doğururdu. Çünki hər iki tərəfdən yayılan rəsmi məlumatda təşəbbüskar haqqında informasiya yox idi. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu saytımıza açıqlamasında bildirdi ki, söhbətin təşəbbüskarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllinə səmimi maraq göstərməyib:

“Putin bir neçə il əvvəl Moskvada geniş mətbuat konftransı keçirirdi. Orada azərbaycanlı jurnalistlərdən biri tədbir boyu Rusiya prezidentinə israrla sual vermək istəyirdi. Mətbuat konfransı bitəndə ayağa qalxan Putin azərbaycanlı jurnalistin israrını görüb, kinayəli şəkildə belə cavab vermişdi: “Yəqin yenə Qarabağdan sual verəcəksiniz”. Bu cavabın özü Qarabağ mövzusunun Kreml sahibi üçün maraqsız olduğunu göstərirdi”.

Ekspert xatırlatdı ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini göstərən daha bir hadisə illər öncə Ərdoğanla Putinin görüşündə də yaşanmışdı: “Görüşdə Ərdoğan müxtəlif mövzularla yanaşı, Qarabağ mövzusunu da müzakirə etmək istəyəndə Putin ona qısaca belə cavab vermişdi: “Bu, çox mürəkkəb məsələdir”. Putin bununla demək istəyirdi ki, “Suriya məsələsini müzakirə etməyə hazıram, ancaq Cənubi Qafqazdakı əsas problemi müzakirə etməyə marağım yoxdur”. Yəni Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul etmirdi”.

E.Şahinoğlu hesab edir ki, indi durum fərqlidir, rəsmi Moskva istəməsə belə, Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib. Bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, digəri də Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır. Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur. Bu üzdən rəsmi Ankara baş verənlərə seyrçi qala bilməz. Ona görə Türkiyə bundan sonra da Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qalmayacaq.

Ekspert yada salır ki, Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyə rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə bəyan etdilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdılar:

“Bu, işğalçı Ermənistanla yanaşı, həm də Rusiyaya ciddi mesaj idi. Artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq mümkün deyil. Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl vacib strateji gediş etdi, Türkiyənin ordu birlikləri Naxçıvana daxil oldu və bununla Kreml fakt qarşısında qaldı. Bundan başqa, Türkiyə Azərbaycanla birgə ölkəboyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi, bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Putin Ərdoğanla Azərbaycan-Ermənistan qarşdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi”.

E.Şahinoğlu əlavə etdi ki, Türkiyənin Azərbaycanla bağlı strateji planı Kremli narahat edir. Məhz ona görə də Putin Ərdoğanla telefon söhbətində eskalasiyaya səbəb olacaq hər cür fəaliyyətə imkan verməməyin vacibliyini vurğulayıb:

“Kremldə şübhələnirlər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq. Bu baş verməsin deyə, Putin Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönəltməyə çalışıb”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam