Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“UKRAYNA ƏRAZİ GÜZƏŞTİNƏ GETMƏMƏLİDİR” –Kissincer fikrini dəyişdi

Yenixeber.org: May ayında keçirilən Davos Forumunda Ukraynanın müharibəyə son qoymaq üçün ərazisinin bir hissəsini Rusiyaya verməli olduğunu bildirən Kissincer, bu dəfə tam başqa cür danışıb: “Onlar (Qərb dövlətləri-red.) öncə özləri üçün elə bir hədd qoymalıdırlar ki, onu heç bir halda güzəştə getməyəcəklər. Və Ukrayna ərazilərinin güzəştə gedilməsi bizim qəbul edəcəyimiz şərtlərdən biri olmamalıdır”

Sabiq Dövlət katibi bildirib ki, Qərb dövlətləri mütləq şəkildə danışıqlarda işğalın qurbanı olan Ukraynanın mövqeyi ilə hesablaşmalıdırlar: “Ukrayna Prezidenti dəfələrlə, eləcə də bu yaxınlarda dedi ki, müharibənin başladığı ana qədər Ukrayna torpağı olan ərazilərlə bağlı heç bir danışıq aparmayacaq. Burda daha nədən danışmaq olar? Yalnız ondan ki, Rusiya müharibə başlayan gündən sonra tutduğu ərazilərin hamısını təmizləməlidir”.

Xatırladaq ki, Kissincerin Davosda səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqidlə qarşılanmış və o, işğalçıya haqq qazandırmaqda, ona güzəştə getməkdə, hətta Rusiyaya işləməkdə ittiham edilmişdi. Həmin vaxt Ukrayna Prezidenti Volodimir Zelenski də sabiq Dövlət katibinə sərt şəkildə cavab vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam