Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır

 

Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır.

Yenixeber.org:  Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.

“Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam