Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Rusiya Lukaşenkonu ordusuz qoymaq istəyir” -Kremlin Belarusla bağlı planı açıqlandı

“Anlamaq lazımdır ki, Belarusu müharibəyə cəlb etmək cəhdləri təkcə Moskvanın öz hərbi gücündəki defisiti qapatmaq istəyilə deyil”.

Yenixeber.org: Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak özünün sosial şəbəkə səhifəsindəki paylaşımında bildirib.

Podolyak qeyd edib ki, Kremlin məqsədi Belarus ordusunu məhv etmək və Aleksandr Lukaşenko rejimini hərbi dayaqlarından məhrum etməkdir: “Rusiyaya Belarus ordusunu “utilizasiya” etmək və Lukaşenko rejimini dayaqsız qoymaq lazımdır. Ardınca Belarusu “udmaq” və Rusiya “Z - zombiləri” ilə işğal etmək”.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Lukaşenko qonşu ölkəyə Belarus ərazilərindən hücum üçün Rusiyaya şərait yaradıb. Lakin bununla yanaşı, Belarus Prezidenti Putinin təzyiqlərinə rəğmən, hələ ki, müxtəlif yollarla öz ordusunu Ukraynaya qarşı müharibədə birbaşa iştirakdan yayındırır. Lakin bu vəziyyətin nə vaxta qədər davam edəcəyi və Lukaşenkonun Moskvanın təzyiqlərinə nə qədər tab gətirəcəyi bilinmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam