RUS ORDUSUNA AĞIR ZƏRBƏ VURULDU -Rekord sayda hərbçisi və texnikası məhv edildi
"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 900, son sutkada isə 250 hərbçisi məhv edilib”.
Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, həmçinin son sutkada Rusiya Silahlı Qüvvələrinin 35 tankı məhv edilib.
Məlumatda vurğulanıb ki, indiyədək Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1637 tank, 3811 zirehli maşın, 828 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 669 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2685 avtomobil və avtoçən, 66 xüsusi texnikadan ibarətdir.
Bildirilib ki, Rusiya ordusu daha çox Kramatorsk istiqamətində itkilər verib.
Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib ki, Siversk istiqamətində Rusiya Silahlı Qüvvələri Çerniqov vilayətini raket artilleriyasından və minaatanlardan atəşə tutub. Onlar Xarkov istiqamətində isə müdafiə əməliyyatlarını davam etdirirlər
“Düşmən bir çox əraziləri artilleriyadan atəşə tutub. Petrivka yaxınlığında hava hücumu olub. Ukrayna hərbçiləri qarşı tərəfin Dementivka istiqamətində hücum cəhdini qətiyyətlə dəf ediblər. Boqorodiçne rayonunda düşmən növbəti hücum cəhdi zamanı itki verərək geri çəkilib. Baxmut istiqmətində düşmən bəzi ərazilərdə yaşayış məntəqələrini minaatan və artilleriyadan atəşə tutub”, - məlumatda bildirilib.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Veselaya Dolina istiqamətində və Spirne qəsəbəsi ərazisində irəliləyir: “Qarşı tərəf Vasilivka, Avdiivka, Novoselivka yaxınlığında hava hücumlarına başlayıb”.
Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına gğrə isə, Rusiya böyük ehtimalla cəbhə xəttindən, təxminən, 8 km qərbdə, Siversk istiqamətində hərbi texnika toplayır.
“Rusiya ordusu Donetsk istiqmaətində yeni hücuma başlamazdan əvvəl, çox güman, təminat toplamaq üçün fasilə verib.
Ukrayna qüvvələri Xersonun cənub-qərb istiqamətində tədricən irəliləməyə davam edir. Rusiyanın taktiki hədəfinin Siversk olacağı realdır. Çünki Rusiya qüvvələri bu istiqamətdə irəliləməyə çalışır”, - məlumatda bildirilib.