AYSEL
Yenixeber.org: 18 yaşında dünyasını dəyişmiş nəvəm Ayselin xatirəsinə həsr edirəm
Ulduzuydun nəvələrin, nədən getdin dilim Aysel,
Özülüydün gələcəyin, nə tez getdin ömrüm Aysel,
Bircəsiydin dəstə gülün, nə tez soldun sözüm Aysel,
Qönçəsiydin qızıl gülün, nə tez köçdün dərdim Aysel,
Butasıydın gəncliyinin, nə tez susdun qəmim Aysel.
Seyid nəsli tanınıbdır, el-obada ucalıbdır,
Saf izzəti anılıbdır, hörməti də qazanıbdır,
İnzibatı yayılıbdır, məsləhətdə sayılıbdır,
Deyimləri hallanıbdır,ehtiramda sınanıbdır,
...Ad verdiyə qədəm qoyduq, püşkə düşdü nəvəm Aysel.
El bəyimi bəyənilib razılığı bildirmişdi,
Toy şənliyi kəndi yığıb yeni həyat verdirmişdi,
Yaradanı xoş yaradıb beş ulduzu yetirmişdi,
İki oğlu, üç qızını sanki töhfə gətirmişdi,
...Dünyasına göz açmadan ismin yazdım səfam Aysel.
Tanrı birdən baş qaldırdı varlığını önə çəkdi,
Göy gurladı, yer titrədi, Seyd nəsli qorxu çəkdi,
Günəş itdi, Ay tutuldu can deyəni qeybə cəkdi,
Verdiyini geri aldı, dünyasını sona cəkdi,
Bənzərsizdi, bir inciydi çox görüldü türfəm Aysel.
İtkilərim məni əzdi, dərdim sonsuz qəmə düzdü,
Gəncliyimi dərddə gördüm, ömür-günüm qəmdə üzdü,
Can deyəni niyə susdu? Yaşamağı zülmə döndü,
Ayselimi sel apardı, yetkin vaxtı cüssə çökdü,
Sədəməsi nədəniydi sağalmadı ünüm Aysel.
Bir qəddarlıq, bir də zülüm heç birisi olmayaydı,
Bir yazıqlıq, bir də ələm heç birisi olmayaydı,
Bir azqınlıq, bir də sitəm heç birisi olmayaydı,
“Bir ayrılıq, bir də ölüm heç birisi olmayaydı”,
Səadəti verilmədi yaşamadı dünyam Aysel.
Nisə nənə unudulmur hər yaddaşa əxz olubdu,
Mərhum Ana yaddan çıxmır hafizəyə həkk olubdu,
Bir unikalxarakterdir bəyimlərə dərs olubdu,
Tək istiqrar xasiyyətdir öyrənənə bəs olubdu,
Nənəsinin oxşarıydı qan yaddaşlı nəvəm Aysel.
“Ot kök üstə bitər” demiş bizim keçmiş Babalarmız,
“Xarakterlər gendən gələr” deyib getmiş Ulularmız,
Fəlsəfədən dəriniydi əzmi zəngin Atalarmız,
Özülündən kamiliydi bizim nikbin Analarmız,
Nənəsinin bənzəriydı qan yaddaşlı sidqim Aysel.
Dünyasını dəyişsə də yaddaşdadır xanım Ana,
Ən uzağı olsa belə xatırlanır bəyim bala,
Yaddan çıxar oz aman ki,yaddaş itə, alovnana,
Cansız yaddaş-arxiv qalır, dil-dil ötür yana-yana,
Ruhu gəzir bilinməzdi, düşüncəmdi didəm Aysel.
Övlad dağı göz yaşıdı, ağır dərddi bölünməzdi,
Anılmağı, öz yaşıdı haraydadı dözülməzdı,
Qeyb olmağı qəlb ağrıdır,qəm-qüssədi çözülməzdi,
Dünyasını dəyişibdir can üzəndi görünməzdi,
Varlığıma qan ağladır sənsizliyin fəxrim Aysel.
Dünyamıza beş gəldiniz nəslimizi tanıtdınız,
Ömrümüzə boy verdiniz başımızı ucaltdınız,
Xatırlanır Şəfalısı var kərəmli ellərimiz,
Hörmətləşir Vəfalısı elə bəlli qeyrətimiz,
Yaddaşlarda ömür sürür, unudulmur bəyim Aysel.
Kiçik arayış:lüğətdəinzibat nizam-intizama riayət etmə;
ehtiram-hörmət, sayğı; töhfə-hədiyyə, bəxşiş;saflıq, xalislik,türfə-tapılmayan,misli bərabəri olmayan nadir şey;ün-səs,səda;ələm–dərd,qəm,kədər;unikal-nadir, yeganə,tapılmaz, misilsiz, bənzərsiz; istiqrarqərartutma,yerləşmə,sabitləşmə;sidq-doğruluq,
səmimilik, saflıq;əzm- qəti niyyət,qəti məqsəd, məram, cəsarət , iradə, qətiyyətkimiizah olunur.
Gen-Çex təbiətşünası Q.Mendelin apardığı təcrübələrdə (1865) valideyn əlamət vəxassələrininirsivahidlər-faktorlar vasitəsilə nəslə keçdiyini göstərmişdir.
Babayev Şahbaz İsa o.