Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Dağ başından “Dəmir yumruq” xəbərdarlığı -İrəvan ləyaqətsiz oyununa son verməsə...

 

Kapitulyant ölkənin manevr şansları tükənir; Paşinyandan Bakıya müharibə ittihamı; erməni politoloq: “Ermənistan Qarabağın bir qarışına da iddia eləməməlidir...”

Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyev iki gün öncə bir daha İrəvana sərt xəbərdarlıq ünvanladı. Sülh prosesinə, bu prosesin tərkib hissəsi olan sərhədlərin delimitasiyası üzrə danışıqlara süni əngəlləri yaratmağın Ermənistan üçün neqativ nəticələr doğuracağı haqda aydın mesajlar verdi. Köhnə taktikasına davam edəcəyi təqdirdə, vaxt uzatmağa çalışacağı təqdirdə İrəvanın peşman olacağını söylədi.

İlham Əliyev eyni zamanda kapitulyant ölkədəki revanşist qüvvələri növbəti dəfə özlərini yığışdırmağa çağırdı. Bildirdi ki, “Dəmir yumruq” yerindədir. Sitat: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: ”Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

Ali Baş Komandan bu sözləri həm də Ermənistanla sərhədə - Kəlbəcərdə komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş mərasimdə çıxışı zamanı bəyan elədi. Qalır son ismarış və mesajlardan kapitulyant tərəfin, nəhayət, doğru-düzgün nəticələr çıxarması.

*****

ATƏT-in Minsk qrupu həmsədr ölkələri nümayəndə heyətləri rəhbərlərinin  birgə bəyanatı - Azərbaycanda ABŞ səfirliyi

Ancaq əfsus ki, rəsmi İrəvan bu dəfə də Bakının haqlı və yerində olan irad və mesajlarına ənənəvi, hamını bezdirmiş ritorika ilə, qeyri-konstruktiv mahiyyətli bəyanatlarla cavab verib. Baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan yenə “Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupu çərçivəsində həlli vacibliyi”ndən, “status”dan dəm vurublar. Azərbaycanı sülh prosesinə əleyhinə “təxribatlar”da, hətta anlaşmaları pozmaqda ittiham ediblər. Paşinyan isə bir az da qabağa gedərək iddia edib ki, Bakı Ermənistan və “Dağlıq Qarabağa” (?! - red.) qarşı yeni müharibəyə başlamaq üçün “legitim əsaslar” hazırlayır (“Dağlıq Qarabağ” sanki bir dövlət imiş!).

Lakin bu cür həyasız iddialara rəğmən, fakt budur ki, sülhə ən böyük əngəl elə rəsmi İrəvanın davam edən destruktiv siyasətidir. Zaman isə Ermənistanın əleyhinə işləyir. Bunu anlayan erməni təhlilçiləri də var.

Məsələn, erməni politoloq Stepan Qriqoryan AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində deyib ki, Ermənistan sülh proseslərində iştirak etməlidir və heç bir halda “yox” deməməlidir. Onun sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə Ermənistan heç kimə arxayın ola bilməz. “Böyük oyunçuların öz maraqlarını müdafiə etdiyi regionda hazırkı vəziyyət çox gərgin olaraq qalır. Kiçik ölkələr diqqətli olmalıdır, çünki onlar böyük təhlükə altındadırlar”, - deyə o qeyd edib.

Qriqoryana görə, Azərbaycan indi beynəlxalq ictimaiyyətə izah etməyə çalışır ki, Ermənistan sülh arzulamır, sərhədin delimitasiyası və demarkasiyasını istəmir: “Ona görə də istəsək də, istəməsək də, biz bu proseslərdə iştirak etməliyik və heç bir halda ”yox" deməməliyik".

Stepan Qriqoryan Volodinin sözlərinə qarşı çıxdı

Stepan Qriqoryan

Öz növbəsində digər erməni analitik Bencamin Poqosyan hesab edir ki, Ermənistan Qarabağdan əl çəkməli və bir qarış belə “itirilmiş” torpağı qaytarmaq barədə düşünməməlidir. Onun qənaətincə, Ermənistanın Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini müstəqil şəkildə təmin etmək imkanı yoxdur.

Poqosyan ardınca bildirib ki, əgər “Dağlıq Qarabağ”da heç bir xarici hərbi qüvvə olmasa, o zaman böyük ehtimalla, onun yerini Azərbaycan tutacaq.

Erməni politoloq əmindir ki, Ermənistan tərəfi 2020-ci il Qarabağ müharibəsi nəticəsində “itirdiyi ərazilərin” geri qaytarılmasını uzun müddətə unutmalıdır. O, həmçinin etiraf edir ki, Ermənistan Azərbaycanın Hadrut və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan digər rayonlarda məskunlaşmasına mane ola bilməz.

“Belə bir şəraitdə Ermənistan tərəfi iki məsələyə diqqət yetirməlidir. Birincisi, hər şeyi etmək ki, ”Dağlıq Qarabağ"da xarici hərbi mövcudluq mümkün qədər uzun müddətə qalsın. İkincisi isə 3 min kv km-ə yaxın ərazidə (? - red.) yaşayan Qarabağ ermənilərinin sayı azalmasın və ya heç olmasa, sürətli templə azalmasın. Ermənistan bu iki məsələyə diqqət yetirməlidir. Qalan şeylər bizim iradəmiz xaricindədir", - Poqosyan əlavə edib.

*****

“Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqaz regionunda beynəlxalq münasibətlərdə qanunun aliliyinə riayət edən və Ermənistanla sülh əldə etməyə çalışan mühüm ölkə sayır”.

Rosen Plevneliev - Vikipedi

Rosen Plevneliyev

Bunu isə “Yeni Müsavat”ın məlumatına görə, Haqqin.az-a müsahibəsində Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev söyləyib.

Eks-prezident təəssüflə bildirir ki, Ermənistan eyni sülhsevər mövqe nümayiş etdirmir: “Hamı gorur ki, Ermənistan necə ləyaqətsiz bir oyun oynayır. Amma sülhə alternativ yoxdur. Sülh sazişi varsa, regionda sülh var. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsi Avropa İttifaqının diqqət mərkəzindədir”.

Lakin Plevneliyev düşünür ki, Ermənistan Brüsseldəki danışıqları uzatmağa çalışacaq və odur ki, Azərbaycan rəhbərliyinə səbirli olmağı tövsiyə edir. “Ermənistan son nəticədə beynəlxalq hüququn tələblərini qəbul etmək və Bakı ilə sülh imzalamaq zorunda qalacaq. Şübhəsiz ki, Avropa Azərbaycanın Ermənistanla ədalətli sülh sazişi bağlamaq istəyini görür və yüksək qiymətləndirir”, - deyə sabiq prezident əlavə edib.

*****

Bakı əlbəttə ki, səbr edəcək. Lakin bu səbri sonsuz da deyil. Yeri gəlmişkən, İlham Əliyev az öncə bildirmişdi ki, Ermənistan rəhbərliyinin xoş məramı olarsa, 1 il ərzində sülh müqaviləsi imzalana bilər. İrəvandan xoş məram gözləyəkmi? Şübhə yox ki, sualın cavabı ən əvvəl Ermənistanın faktiki yiyəsi Rusiyadan asılı olacaq. Rusiya isə regionda öz maraqlarını güdür və bu maraqlar heç də həmişə milli maraqlarımızla uzlaşmır.

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin aqibəti məsələsini də bu sıraya aid eləmək olar. Doğrudur, hələ qarşıda 3 ildən çox zaman var. Ancaq indidən bəzi rusiyalı ekspertlər qabaqdangəlmişlik edərək, bu qüvvələrə əbədilik “çuxası” biçməyə çalışır. Bununla da açıq-aşkar həm Azərbaycan dövlətinə hörmətsizlik edir, həm də Bakı ilə Moskva arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqda sənədləri şübhə altına alırlar.

Onlardan biri - rusiyalı tanınmış politoloqlardam olan Aleksandr Skakov erməni mediasına verdiyi müsahibədə Bakının Dağlıq Qarabağ probleminin artıq həll olunduğu haqda bəyanatları ilə razılaşmadığını söyləyib.

“Rusiyanın rəsmi mövqeyi belədir ki, Qarabağ problemi bitməyib, əks halda, bizim sülhməramlılarımızın orada nə işi var, hansı funksiyanı yerinə yetirirlər? Nə qədər ki, Rusiya sülhməramlıları oradadır, problem qapanmış sayıla bilməz”, - deyə o, üstəlik, kobud və diktəedici şəkildə Azərbaycanın  daxili işinə qarışmağa, bizə ağıl öyrətməyə və təbii ki, bununla həm də ərazi bütövlüyümüzü şübhə altına almağa çalışıb.

Skakova görə, gələcəkdə Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasına razılığı müxtəlif əlavə amillərdən asılı olacaq: “Prinsipcə, Azərbaycan sülhməramlı missiyanın sonunu gözləməyə bilər. Amma düşünürəm ki, Bakı buna getməyəcək, səbr göstərəcək. 2-3 ildən sonra nə baş verəcəyi isə Rusiyanın özündəki vəziyyətdən, onun Qərblə münasibətlərindən, həmçinin Ukraynadakı vəziyyətdən asılı olacaq. Əgər Rusiyanın Qarabağda qalmaq potensialı olacaqsa, təbii ki, buna bir səbəb-bəhanə tapacaq. Bu, Rusiyanın mövqelərinin nə qədər güclü olacağından asılı olacaq”.

Təbii ki, Azərbaycan və Türkiyə də o zamanadək yerində saymayacaq. Rusiya hərbi kontingentinin çıxarılması üçün güclü siyasi zəmin hazırlayacaq...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam